Orucun qəzasının hökmləri
Mьəllif: admin1
Tarix: 18-05-2018, 09:56
Orucun qəzasının hökmləri

Əgər bir şəxs bir neçə gün huşsuz və koma halında ola və vacib oruc əlindən gedə, o günlərin qəzası vacib deyil.

Əgər bir şəxs məst olmaq nəticəsində orucu əldən verə, məsələn, məst olmaq səbəbinə niyyət etməyə, bütün günü imsak etsə belə, o günün qəzası vacibdir.

Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst ola, bütün günü ya günün bir hissəsini məst halında keçirə, (vacib) ehtiyata əsasən gərək o günü qəza etsin, xüsusilə şiddətli məstlik halında ki, ağılı aradan aparır.

Aylıq adəti yaxud doğuş səbəbinə (heyz və nifas səbəbinə) oruc tutmayan qadınlar, gərək Ramazan ayından sonra onları qəza etsinlər.

Əgər bir şəxs üzrlü səbəbə görə bir neçə gün Ramazan ayının orucunu tutmaya və o günlərin sayını da bilməyə, (məsələn, bilməyə ki, beş gün tutmayıb yoxsa altı gün, beş gün tutarsa kifayət edər yaxud) məsələn, bilmir ki, Ramazanın iyirmi beşi səfərə gedib ki, bu zaman beş gün qəzası var yoxsa iyirmi altısı səfərə gedibdir ki, bu zaman dörd gün qəzası var, az miqdarı (dörd gün) tutarsa kifayət edər.

Amma əgər səfərə getdiyi günü bilə məsələn, bilə ki, Ramazan ayının beşi səfərə gedib, lakin bilmir ki, onu gecəsi qayıdıb ki, bu zaman beş gün qəzası olacaq yoxsa on biri gecəsi qayıdıb ki, bu zaman altı gün qəzası olacaq, (vacib ehtiyata əsasən çox miqdarı (misalda altı gün) qəza etməlidir.

Əgər bir neçə Ramazan ayından qəzası ola, hər hansını qabağa salsa eybi yoxdur, amma əgər axrıncı Ramazan ayının vaxtı dar ola, məsələn, axrıncı Ramazan ayından beş gün qəzası ola və növbəti Ramazan ayının yetişməsinə də beş gün qala, bu zaman (vacib) ehtiyata əsasən axrıncı Ramazan ayının oruclarını qəza etməlidir.

Ramazan ayı orucunun qəzasını yerinə yetirən şəxs zöhrdən qabaq iftar edə bilər (orucunu poza bilər), bu şərtlə ki, qəza etmək üçün kifayət qədər vaxt ola, amma zöhrdən sonra iftar etmək caiz deyil.

Əgər xəstəlik səbəbinə Ramazan ayının orucunu tutmaya və onun xəstəliyi növbəti Ramazana qədər uzana, tutmadıqları orucların qəzası vacib deyil, amma əgər (həmin şəxs, yəni xəstəlik səbəbinə oruc tuta bilməyən şəxs, xəstəliyin uzanmasına xatir deyil) başqa bir üzr səbəbinə (məsələn, səfərdə olduğu üçün) yeni Ramazanadək qəzaları tuta bilməyə, vacibdir onları qəza etsin.

Həmçinin əgər bir şəxs xəstəlik səbəbinə deyil, başqa bir üzrə görə məsələn, səfərdə olduğu üçün oruclarını qəzaya verə və onun üzrü növbəti Ramazanadək uzana, qəzaya verdiyi orucları qəza etməsi vacibdir.

Zəifliyə və acizliyə xatir orucu tuta bilməmək qəzanın götürülməsinə səbəb olmur, buna əsasən (təzə) həddi-büluğa çatmış qız uşaqları cismi zəifliyə xatir tuta bilmədikləri orucları hətta növbəti Ramazanadək tuta bilməsələr belə, qəza etmələri vacibdir.

Həmçinin bir neçə il oruc tutmayan şəxs sonradan gərək tutmadıqları bütün orucları qəza etsin və hal-hazırda tutmağa qadir olmasa da onun boynundan götürülmür.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031