Orucun qisimləri (növləri)
Mьəllif: admin1
Tarix: 29-03-2022, 10:40
Orucun qisimləri (növləri)

Oruc bir baxımdan dörd qismə bölünür:

1. Vacib oruclar, mübarək Ramazan ayının orucu kimi.

2. Müstəhəb oruclar, Rəcəb və Şaban aylarının orucları kimi.

3. Məkruh oruclar, Aşura gününün orucu kimi.

4. Haram oruclar, Fitr bayramı gününün (Şəvval ayının biri) və Qurban bayramı gününün (Zilhəccə ayının onu) orucları kimi.

Əgər bir şəxs orucun ona zərər edəcəyini bilə, ya zərər edəcəyindən qorxa gərək orucu tərk etsin (tutmasın) və əgər oruc tutarsa, batildir, hətta haramdır, istər onun yəqini və ya qorxusu şəxsi təcrübədən ələ gəlsin, istər əmin həkimin dediyindən hasil olsun və istərsə də başqa bir üqəlayi (aqil və normal insanlar arasında qəbul olunan və etina edilən) mənşə olsun.

Orucun xəstəliyə səbəb olması yaxud xəstəliyi şiddət-ləndirməsi və ya oruc tutmağa qadir olmamasında meyar, oruc tutan şəxsin öz təyin və müəyyən etməsidir.

Buna əsasən əgər həkim ona orucun zərər etməsini bildirə, lakin o, şəxsi təcrübə nəticəsində orucun ona zərər etməməsini bilə, gərək oruc tutsun.

Həmçinin əgər həkim ona orucun zərər etməməsini deyə, lakin o, orucun ona zərər etməsini bilə yaxud zərər edəcəyindən qorxa, oruc tutmamalıdır.

Əgər elə bilə ki, oruc ona zərər etmir və oruc tuta, amma sonradan məlum ola ki, oruc ona zərər edibdir, gərək onun qəzasını tutsun.

Həkimlərin, orucun xəstələrə zərər etməsinə görə oruc tutmaqdan çəkindirmələri, o zaman etibarlıdır ki, onların sözü insanı xatircəm etsin və ya zərər qorxusuna səbəb olsun, əks təqdirdə etibarlı deyil.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031