Ramazan ayının orucunu bilərəkdən batil etməyin kəffarəsi
Mьəllif: admin1
Tarix: 20-03-2024, 22:47
Ramazan ayının orucunu bilərəkdən batil etməyin kəffarəsi
Əgər Ramazan ayının orucunu bilərəkdən, ixtiyarlı olaraq və heç bir şəri üzrü olmadan batil edə, (batil edənlərdən birini edə), orucu batil olmaqdan və o günün qəzasından əlavə kəffarə də ona vacib olur, istər batil edən zaman kəffarənin vacib olmasını bilə, istərsə də, bilməyə.

Əgər bir şəxs müəyyən bir üzr səbəbinə ehtimal verə ki, Ramazan ayının orucu ona vacib deyil və oruc tutmaya, amma sonradan məlum ola ki, oruc ona vacib olubdur, qəzadan əlavə kəffarə də vacibdir. (çünki, orucun vacib olmamasına ehtimal vermək, iftar etmək üçün kifayət etmir). Amma əgər iftar etməsi (oruc tutmaması yaxud orucunu pozması) orucun ona zərər etmə qorxusuna görə ola və bu qorxunun üqəlayi mənşəyi də, ola (aqillər arasında bu qorxu normal və düzgün sayıla), bu zaman kəffarə vacib deyil, amma o günün qəzası vacibdir.

Əgər şəri hökmü bilmədən, orucu batil edən işlərdən qarşıya çıxara, məsələn, başı suya salmağın orucu batil etməsini bilmədən başını suya sala, orucu batildir, amma kəffarə vacib deyil və təkcə qəza etməlidir.

Əgər haram olmasını bildiyi, lakin orucun batil olmasına səbəb olmasını bilmədiyi orucu batil edən bir işi edərsə, orucu batildir, qəzadan əlavə vacib ehtiyata əsasən kəffarə də vacib olur.

Əgər müəyyən bir səbəbə görə orucu açmaq caiz ya vacib ola, məsələn, onu orucunu batil etməyə məcbur edələr yaxud suda qərq olanı xilas etmək üçün özünü suya ata, bu halda ona kəffarə vacib deyil, amma gərək qəzasını yerinə yetirsin.

Əgər oruc tutanın mədəsindən bir şey onun ağız boş-luğuna gələ, onu uda bilməz və əgər bilərəkdən udarsa, qəza və kəf-farə vacib olur.

Əgər oruc tutan etimad ediləsi olmayan şəxsin məğrib olmasını xəbər verməsinə etimad edib iftar edə və sonra məlum ola ki, hələ (iftar etdiyi zaman) məğrib olmayıb, həm qəza və həm kəffarə vacibdir.

Əgər oruc tutan kişi oruc olan öz xanımı ilə cinsi yaxınlıq edə və qadın da, bu işə razı ola, onların hər birinə bilərəkdən orucunu batil edən şəxsin hökmü aiddir və hər ikisinə qəzadan əlavə kəffarə də, vacib olur.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930