Təkcə orucun qəzası vacib olan yerlər
Mьəllif: admin1
Tarix: 17-05-2018, 10:36
Təkcə orucun qəzası vacib olan yerlər
Əgər bir şəxs Ramazan ayında oruc niyyəti etməyə və ya riya ilə orucunu batil edə, lakin orucu batil edənlərdən heç birini etməyə (məsələn, yeyib içməyə və s. ), o günün qəzası vacibdir, amma kəffarəsi yoxdur.

Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unuda və cənabət halında bir ya bir neçə gün oruc tuta, təkcə o günlərin qəzası ona vacib olur.

Əgər Ramazan ayının səhərində sübhün olub olma-mağında axtarış etmədən orucu batil edən işləri görə (məsələn, yemək yeyə), sonra məlum ola ki, o zaman sübh olubdur, gərək (yalnız) o günün qəzasını tutsun, amma əgər araşdırdıqdan sonra məlum ola ki, hələ sübh olmayıb (məsələn) bir şey yeyə, sonra məlum ola ki, o zaman sübh olubdur, o günün qəzası vacib deyil.

Əgər Ramazan ayında havanın qaranlığına xatir yəqin edə ki, məğrib olubdur və ya şəri cəhətdən sözü höccət olan (etibarlı olan) şəxsin məğrib olmasından xəbər verdiyinə görə iftar edə və sonra məlum ola ki, o zaman hələ məğrib deyilmiş, gərək o günün qəzasını tutsun (kəffarəsi yoxdur).

Əgər üfüqdə bulud olmaq səbəbinə güman edə ki, məğrib olubdur və iftar edə, sonra məlum ola ki, o zaman məğrib deyilmiş, o günün qəzası vacib deyil.

Ramazan ayının səhərində nə qədər ki, fəcrin tülu etməsinə (sübh azanı vaxtının daxil olmasına) yəqin etməyibdir, orucu batil edən işlərdən edə bilər, məsələn, yeyib-içə bilər, amma əgər sonradan məlum olsa ki, o zaman sübh olubdur, onun hökmü 976-cı məsələdə bəyan edilibdir.

Ramazan ayının günü nə qədər ki, məğribin yetişməsinə yəqin etməyibdir, iftar edə bilməz, (yəni orucu batil edən işlərdən görə bilməz və əgər məğribin olmasına yəqin edərək iftar edərsə və sonradan o zaman məğrib olmaması məlum olarsa, bunun hökmü 977 və 978-ci məsələlərdə bəyan olubdur.

Əgər oruc tutan dəstəmaz zamanı suyu ağıza alıb məzməzə etmək müstəhəb olduğu üçün bu işi edə və ixtiyarsız olaraq suyu uda (su hülqumundan içəri gedə), orucu batil olmur və qəzası da vacib deyil, amma bu işi dəstəmaz üçün deyil, sərinləşmək və s. üçün edərsə və su ixtiyarsız olaraq daxilə gedərsə, gərək o günün qəzasını tutsun.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930