ORUC
Mьəllif: admin1
Tarix: 6-05-2018, 09:10
ORUC
“Oruc” müqəddəs İslam şəriətində o əmələ deyilir ki, insan bütün gün (fəcrdən məğribədək) Allahın fərmanına itaət etmək məqsədilə yemək-içməkdən və sonradan geniş şəkildə deyiləcək (orucu batil edən) şeylərdən qorunsun.

Oruc vaxtının şəri meyarı “sadiq fəcr” dir, nəinki “kazib fəcr” və onu təyin etmək mükəlləfin öz öhdəsinədir.

Fəcrin doğmasında (sübh azanı və imsak vaxtında) aydın gecələrlə başqa gecələrdə fərq yoxdur.

Münasibdir möhtərəm möminlər orucun imsakında ehti-yatı riayət etmək üçün radio-televizordan sübh azanı deyilən zaman oruc üçün imsak etsinlər.

Əgər oruc tutan xatircəm ola ki, məğrib azanı məğrib vaxtı daxil olmaqla birgə verilib (yəni düz vaxtında verilib və səhv edilməyib), caizdir azan deyilən kimi iftar etsin və azanın sonunadək gözləmək lazım deyil.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930