Ramazan ayının orucunun qəzasını iftar (batil) etməyin kəffarəsi
Mьəllif: admin1
Tarix: 13-04-2021, 10:00
Ramazan ayının orucunun qəzasını iftar (batil) etməyin kəffarəsi
Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən sonra onu poza bilməz (caiz deyil) və əgər bilərəkdən batil edərsə kəffarə va-cib olur.

Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq onu poza bilər bu şərtlə ki, qəzanı tutmaq üçün vaxt olsun, məsələn, əgər beş gün qəzası varsa və Ramazan ayına da, beş gündən artıq qalmayıbsa, vacib ehtiyata əsasən zöhrdən qabaq da, poza bilməz, əgər pozarsa, kəffarə vacib olur.

Əgər bir şəxs başqası üçün Ramazan ayının qəza orucunu tutmağa əcir ola, zöhrdən sonra bu orucu pozduqda kəffarə vacib olmur.

Ramazan ayı orucunun qəzasının kəffarəsi budur ki, gərək on nəfər yoxsula yemək versin və əgər gücü çatmırsa, gərək üç gün (vacib ehtiyata əsasən ardıcıl) oruc tutsun.

Təxir kəffarəsi

Əgər bir şəxs üzrlü səbəbə görə Ramazan ayının orucunu tutmaya və növbəti Ramazan ayınadək üzrsüz və səhlənkarlıq üzündən onun qəzasını yerinə yetirməyə, gərək dərhal orucu qəza etsin və hər gün üçün təxir kəffarəsi versin, amma Ramazan ayının oruc qəzasını oruc tutmağa mane olan üzrün (məsələn, səfərin) uzanmasına xatir tuta bilməyə və gələn Ramazan ayınadək təxirə sala, bu zaman təkcə qəzasını tutmaq kifayətdir və kəffarə vermək vacib deyil baxmayaraq ki, (müstəhəb) ehtiyatla müvafiqdir. Xatırladırıq ki, bu üzr xəstəlik olarsa, onun xüsusi hökmü var ki, deyiləcək.

Gələn Ramazan ayınadək tutulmayan Ramazan ayının qəza orucunun kəffarəsi, məsələni bilməməyə görə boyundan düşmür, buna əsasən əgər bir şəxs bilməyə ki, bu ilin Ramazan orucunun qəzasını növbəti Ramazan ayınadək yerinə yetirmək vacibdir və təxirə sala, gərək hər bir təxirə saldığı günə bir kəffarə versin.

Ramazan ayının oruc qəzasının təxir kəffarəsi (hərçənd bir ildən də artıq təxirə salsa belə), bir dəfə vacib olur və illər ötdükcə ona əlavə olmur. Buna əsasən əgər bir neçə il təxirə salarsa, gərək qəza etsin və hər bir günə bir kəffarə versin.

Təxir kəffarəsi bir müdd (750 qram) təamdır (yemək) ki, yoxsula verilməlidir.

Hər bir günə bir müdd təam təxir kəffarəsi vacib olan şəxs, bir neçə günün kəffarəsini bir yoxsula verə bilər.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930