UŞAĞIN NECƏ ŞÜCAƏTLİ TƏRBİYƏ EDİLMƏLİ?
Mьəllif: admin1
Tarix: 5-04-2018, 21:51
UŞAĞIN NECƏ ŞÜCAƏTLİ TƏRBİYƏ EDİLMƏLİ?
Bütün insanların, xüsusilə də uşaqların və yeniyetmələrin tərbiyəvi yönlərindən biri də cihada, başqa sözlə desək, müharibə və döyüşkənliyə olan meylinə diqqət yetirilməsidir. Uşaqların bu təbii istəkləri düzgün şəkildə istiqamətləndirilməlidir.

Məhz bu cəhətdən də bizim Məsum İmamlarımız öz övladlarının müxtəlif yönlərdəki tərbiyələrindən əlavə, qeyd olunan təbii ehtiyacını da unutmayıb müxtəlif döyüş texnikasını, taktikasını onlara öyrətmişlər, beləliklə, öz övladlarını şücaətli, qorxmaz, cəsur yetişdirmişlər. Bu mühüm işi də öz ardıcıllarına tövsiyə etmişlər.

Tarixdə qeyd olunur ki, bir gün Həzrət Rzanın (ə) oğlu Cavad (ə) sair uşaqlarla birlikdə küçədə oynayırdı. Abbasi xəlifələrindən olan Məmun Ərrəşid öz əyan-əşrafları ilə birlikdə uzaqdan göründükdə Cavaddan (ə) başqa uşaqların hamısı qaçmağa üz qoydular.

Amma imam Rzanın (ə) şücaətli oğlu tam vüqarla öz yerində dayandı. Məmun gəlib çatanda təəccüblə soruşdu: “Nə üçün başqa uşaqlar kimi qaçmadın?”

Öz yeniyetmə çağlarını yaşayan bu əziz imam övladı cavab verdi: “Ey Məmun, yol çox da dar deyildi ki, bir tərəfə çəkiləm; və bir xəta da etməmişdim ki, səndən qorxub qaçam.”

Bu uşağın məntiqi cavabı xəlifəni o qədər heyrətləndirdi ki, cavab verməkdən aciz qaldı və axırda soruşdu ki, sən kimsən? Həzrət buyurdu ki mən Əli ibn Musa-Rzanın oğlu Məhəmmədəm.”

İmamlarımız istər məsum, istərsə də, qeyri-məsum övladlarını şücaətli, qorxmaz tərbiyə etmişlər. Həzrət Əbulfəzl Abbas, Məhəmməd Hənəfiyə və s. kimi şəxslər qeyd etdiyimiz nümunələrdəndir. Fiqhin müxtəlif bablarında üzgüçülük, at minmə, atıcılıq övladlar üçün dini bir vəzifə, bu işləri onlara öyrətmək isə ataların vəzifəsi sayılır...

İmam Əli (ə) buyurur: “Rəsuli-Əkrəm (s) buyurmuşdur ki, öz övladlarınıza üzgüçülüyü və atıcılığı öyrədin.”

Bu hədisdə Peyğəmbər (s) göstəriş verir ki, övladlara hərbi hazırlığı, döyüş məsələlərini öyrətmək və onları bu zəmində kamala çatdırmaq valideynlərin borcudur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031