ÖVLADIN HÜQUQLARI NƏDİR?
Mьəllif: admin1
Tarix: 6-03-2018, 10:25
ÖVLADIN HÜQUQLARI NƏDİR?
“Oradan Zəkəriyya İlahinin lütflərini və Onun (ardı-arası kəsilməz) nemətlərini Məryəmin yanında müşahidə etdikdə öz Pərvərdigarını çağırıb ərz etdi: “Pərvərdigara, Öz lütfündən mənə saleh və pakizə bir övlad mərhəmət et. Həqiqətən Sən, duaları eşidənsən.” (“Ali-İmran” surəsi, ayə-38)

Hər agah və aqil insanın ən dəyərli arzu və istəklərindən biri layiqli və əməlisaleh övlada sahib olmaqdır. Övladın varlığı o qədər şirindir ki, ailə ocaqlarına xas səfa-səmimiyyət, aramlıq bəxş edir, ailə münasibətlərindəki məhəbbət tellərini möhkəmlədir.

Hər bir ata və ana övladının doğulması ilə özlərini səadətli və xoşbəxt hesab edirlər. Övladlar nə qədər kamala, daha artıq ləyaqətliliyə malik olarsa, valideynin daha artıq razılıq və xoşhallığına səbəb olar.

İmam Sadiq (ə) buyurur: “İnsanın xoşbəxtlik əlamətlərindən biri də onun əməlisaleh övladı olmasıdır.”

İmam Rza (ə) buyurur: “Hər zaman Allah-taala Öz bəndəsinə xeyir əta etmək istəsə, o bəndənin canişinini (övladını) ona göstərməyincə onu bu dünyadan aparmaz.”

Bu iki hədisdən məlum olur ki, saleh övladın varlığı ata və ana üçün xeyir-bərəkət və səadət mənbəyidir. Şəksiz bütün valideynlər istəyirlər ki, övladları gözəl və ədəbli olsun ki, onları görməklə sevincləri artsın, öz arzularına çatsınlar.

Qeyd olunan ayədən göründüyü kimi, böyük ilahi peyğəmbərlərdən biri olan Həzrət Zəkəriyya (ə) ona Allahdan əməlisaleh övlad, pak züryət əta etməsini dua edir.

Bu arzuya çatıb ədəbli və saleh övlada malik olmaq müəyyən qədər insanın özünə, ata-anasına bağlıdır. Çünki ata və ana övladın hüquqlarına riayət etməklə, bu barədə olan dini göstərişlərə əməl etməklə öz arzularına çatıb övlad tərbiyəsi kimi ağır bir məsuliyyəti öhdəsinə ala bilərlər.

İmam Səccad (ə) övladların tərbiyəsindəki məsuliyyət barəsində belə dua edir: “Pərvərdigara, övladlarımı tərbiyə edib ədəbləndirməkdə mənə yardım et!”

İmam Səccad (ə) məsum olduğundan, uşağın bütün tərbiyə qaydalarına, sirlərinə tamamilə agahdır, amma bu məsuliyyətin əzəmətinə diqqət yetirməklə Allahdan yardım diləyir və öz ardıcıllarına həyat dərsi verir.

Rəsuli- Əkrəm (s) buyurur: “Övladın və valideynin hüquqları qarşılıqlıdır. Valideyn övladın tərbiyəsində nə qədər məsuliyyət daşıyırlarsa, onların övladları da öz valideynləri qarşısında həmin qədər məsuliyyətlidirlər.”

Göründüyü kimi, övladın hüququ valideynin hüququ kimi, çox ağırdır, ata-analar ağır bir məsuliyyətli işi öhdələrinə almış olurlar. İndi İslam nəzərindən övladların hüquqlarını araşdırır və qeyd edirik ki, İslamın (övladların tərbiyə üslub və keyfiyyətində) ali dəyərli təlimlərinə tabe olmaq ailələrin səadətinə, xoşbəxtliyinə səbəb olar, onları öz hədəflərinə çatmaqda nailiyyətlərə çatdırar.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031