Anaların hamiləlik dövrlərində necə qidalanmalı?
Mьəllif: admin1
Tarix: 1-02-2021, 20:46
Anaların hamiləlik dövrlərində necə qidalanmalı?
Övladların valideynləri üzərində olan hüquqlarından biri də budur ki, anaların hamiləlik dövrlərində qidalanmanın keyfiyyəti və növü münasib olsun.

Həmçinin, övladın nütfəsi bağlanan zaman ata-ananın ruhi və cismi vəziyyətləri şəri və elmi nəzərdən münasib olmalıdır.

Çünki bütün bu amillər uşağın əxlaqi və cismi xüsusiyyətlərinin formalaşmasında təsirlidir. Onları nəzərə almamaq, şübhəsiz, valideynin peşmançılığına, uşağın ziyanına səbəb olacaqdır.

Müxtəlif növ qidaların öz növbəsində müxtəlif növ təsiri vardır. Meyvələrin və qidaların hər biri insanda müəyyən xüsusiyyətlər vücuda gətirir.

Xüsusilə onların təsirini anaların hamiləlik dövrlərində unutmaq olmaz. Çünki onların qidalandıqları yemək növləri və meyvələr rüşeymin cismi və ruhi kamalında, hətta zahiri surətində də son dərəcə təsirlidir.

Bu gün qadınların hamiləlik dövrlərində qidanın uşaqlarda təsirini heç kəs inkar edə bilməz. Uşaqların nöqsanlı və əlil yaranmasının səbəblərindən biri də qidanın keyfiyyətsiz olması, vitaminlərin çatışmaması hesab olunur ki, ata-analardan bəziləri bilərəkdən və ya bilməməzlik ucbatından bu dövrlərdə onu nəzərə almır, əhəmiyyət vermir. Bu da uşağın bədbəxt olmasına səbəb olur və öz ardınca da acınacaqlı halları gətirir.

Müqəddəs İslam dini bütün mərhələlərdə öz ardıcıllarına yol göstərdiyi kimi, bu həssas dövrdə də ata və analara xitab edərək övladların ruhi və cismi sağlamlıqları üçün lazımi göstərişlər verir ki, onları sizə təqdim edirik.

Heç də səbəbsiz deyildir ki, Allah-taala Həzrət Məryəm üçün hamiləliyin məxsus dövründə qurumuş ağacı meyvəli edir və ona əmr edir ki: “Ey Məryəm, hamiləlik dövründə, doğuş ağrıları səni tutanda, ağacın budağını tərpət, sənin üçün təzə behişt xurmaları tökülsün.”

Bu ayədən məlum olur ki, rütəb (şirəli xurma) hamilə qadınlar üçün ən münasib qidadır. Əgər hamilə qadın üçün ən münasib qidadır. Qurandan alınan bu nəticə məsumların buyurduqları ilə müvafiqdir.

Rəsulallah (s) buyurur: “Hamilə qadınlar üçün, xüsusilə doğum ərəfəsində ən yaxşı qida xurma və rütəbdir. Çünki Allah-taala Öz əzəmət və cəlalına and içərək buyurmuşdur ki, əgər qadınlar bu dövrdə rütəbdən istifadə etsələr, onların övladları istər qız olsun, istərsə də oğlan, səbirli olacaqlar. Əgər rütəb tapa bilməsələr, Mədinə xurması və ya adi xurmalardan istifadə etsinlər.”

Bu barədə daha ətraflı məlumat əldə etmək üçün yaxşı olar ki, təbii bitkilərlə müalicə kitablarına müraciət olunsun. Bu məsələyə toxunmaqla hamilə qadının münasib qida ilə təmin edilməsinin mühüm bir vəzifə olduğunu nəzərinizə çatdırmaq istəyirdik.

Çünki qidalanma körpənin gələcək səadətinə mühüm rol oynayan əsas amillərdəndir və bu vəzifəyə əməl etmək hər bir valideynin borcudur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031