ÖVLADLARIN YATAQ YERLƏRİNİ AYRI SALMAQ
Mьəllif: admin1
Tarix: 3-04-2018, 10:32
ÖVLADLARIN YATAQ YERLƏRİNİ AYRI SALMAQ
Övladın tərbiyə işlərindən biri də budur ki, müəyyən məsələləri dərk etdiyi yaş dövrlərində onların yataqlarını ayırsınlar və heç vaxt iki cavan uşağı bir yerdə yatırtmasınlar, onların cinsi ehtiras cəhətdən hər növ təhrik olunmasının qarşısını alsınlar.

Rəsuli-Əkrəm (s) buyurur: “Övladlarınız yeddi yaşına çatarkən onların yataqlarını bir-birindən ayırın.”

Peyğəmbər (s) bu hədisdə göstəriş verir ki, bütün övladlarınızın yataqlarını on yaşında ikən bir-birindən ayırın və onları ayrı-ayrı yerlərdə yatızdırın. İstər oğlan olsun, istərsə də qız.

Yəni əgər onların hər ikisi oğlan, hər ikisi qız və ya biri oğlan və biri qız olsa da belə, yataq yerlərini ayırın.

Həzrət (s) başqa bir hədisdə buyurur: “Öz övladlarınızı yeddi yaşında ikən namaz qılmağa əmr edin və doqquz yaşına çatdıqda namazı tərk edərlərsə, onları vurun, on yaşına çatdıqda isə yataq yerlərini ayrı salın.”

Bu hədislərdən məlum olur ki, valideynlər gərək uşaqların dini yönlərini diqqət mərkəzində saxlayıb onların fikri cəhətdən inhirafa düşmələrinin qarşısını alsınlar, əgər bu məsələlərin məxsus yaş dövrlərində icra olunması başqa yollarla mümkün olmazsa, müəyyən qədər ciddi olsunlar və digər uyğun tədbirlər görsünlər.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930