DÜNYADAN QIRILMAQ DİQQƏTİN NƏTİCƏSİDİR
Mьəllif: admin1
Tarix: 24-12-2016, 16:36
DÜNYADAN QIRILMAQ DİQQƏTİN NƏTİCƏSİDİR

Nə üçün bir anlıq da olsa, dünya bər-bəzəyinə göz yumub diqqətimizi Allaha yönəltməyək?!
Məhz bu məqamda möminin ruhu Allahın cavabında belə deyir: “Pərvərdigara, izzət və cəlalına and olsun ki, mənim dünya ilə bağlı elm və agahlığım yoxdur. Məni yaratdığın gündən Sənin məqamından qorxmuşam.” Mömin təkcə cavabla kifayətlənməyib, Allahın izzət və cəlalına and içərək dünyadan xəbərsiz olduğunu bildirir. Bəli, vəzifələrini yerinə yetirməklə məşğul olan insan dünya haqqında düşünməyə də bilər. Bəziləri məhbubla görüş şövqündən harada olduqlarını da unudarlar. Onlar vəzifələrini düzgün yerinə yetirsələr də, qəlbləri başqa yerdə olar.

Yəqin əhlindən olan mömin dünya və onun işləri haqqında bir o qədər də düşünməz. Aram dalğalar dəryanın üzü ilə ötüşüb onun dərinliyinə yol tapmadığı kimi, dünya fikirləri də möminin qəlbinə yol tapmaz. Ona görə də mömin and içir ki, dünyadan xəbərsizdir. Dünya məhəbbəti qəlbinə nüfuz etmiş dünyagirdən fərqli olaraq, möminin xəyalı tamam başqa bir fəzada pərvaz edir.

Merac hədisində buyurulur: “Düz dedin, ey mənim bəndəm. Cəsədin dünyada olsa da, ruhun mənim yanımda idi. Sənin zahirindən və batinindən xəbərdaram.” Dünyada yaşayıb dünya işlərinə məşğul olan bir insanın xəyalı başqa bir yerdə ola bilərmi?! Əgər belə bir məqama çatmaq mümkündürsə, nə üçün bizlər səy göstərmirik?! Nə üçün bir anlıq da olsa, dünya bər-bəzəyinə göz yumub diqqətimizi Allaha yönəltməyək?!
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930