ZAHİDLƏRİN İBADƏTİ
Mьəllif: admin1
Tarix: 22-07-2016, 00:22
ZAHİDLƏRİN İBADƏTİ

Zahid insan dünya işlərindən əl çəkir və bir guşədə ibadətə məşğul olur
Əxlaq və irfan alimləri o kəsi zahid hesab edirlər ki, axirət nemətlərini əldə etmək xatirinə dünya nemətlərinə göz yummuş olsun və onların ardınca qaçmasın. Zahid insan dünya işlərindən əl çəkir və bir guşədə ibadətə məşğul olur. Abidlər isə Allahın mükafatını əldə etmək üçün ibadət edirlər. Arif adlanan üçüncü bir təbəqə də var. Ariflər zahidlər kimi axirət və ya abidlər kimi dünya nemətlərinə görə ibadət etmirlər. Merac hədisində zahid kəlməsi ariflərə də şamil edilmişdir. Belə ki, zöhd adlanan ilahi xüsusiyyətin ən uca mərtəbəsi ariflərə aiddir.
Merac hədisində bəyan olunur ki, zahidlərin çöhrəsi gecələr oyaq qalmaq, ibadət səbəbindən saralmışdır. Onlar gecəni sübhədək ibadətə məşğul olur, gündüzlər oruc tutur, daim Allahı zikr edirlər. Hətta onların dilləri çox zikr etməkdən yorğundur. Başqa bir nüsxədə bildirilir ki, zahidlər boş danışıqdan çəkinir, amma Allah zikrindən yorulmurlar. Zahidlər o qədər susurlar ki, sinələrində qəlbləri yaralanır. Çünki susmaq böyük təzyiqlər sayəsində mümkün olur. Onlar düşmənlə meydanda döyüşürmüş kimi öz nəfsləri ilə döyüşürlər.
Qeyd edildiyi kimi, rəvayətdə “zahid” kəlməsi “arif” kimi də başa düşülə bilər. Adətən, ariflərin söhbətlərində eləcə də Hafizin şerlərində zahidlər məzəmmət olmuş, onların dünya nemətlərinə arxa çevirmələri bəyənilməmişdir. Əgər zahid dünya nemətinə göz yumub, axirət neməti haqqında düşünürsə, arif axirət nemətləri haqqında da düşünmür. Onun yeganə məqsədi Allahın razılığıdır. Merac hədisində isə zahid cəhənnəm əzabı qorxusundan və ya behişt nemətlərinə çatmaq məqsədi ilə ibadət edən kəs deyil. Hədisdə zahid deyilərkən Allahı ibadətə layiq bildiyi üçün ibadət edənlər nəzərdə tutulmuşdur. Bu məna başqa rəvayətlərdə də mövcuddur. Həzrət Əli (ə) buyurur: “Pərvərdigara, Sənə cəhənnəm qorxusundan və ya behişt tamahı ilə ibadət etmirəm. Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930