"Əgər Cəhənnəm olmasaydı, şübhəsiz ki, çoxları namaz qılmazdı"
Mьəllif: admin1
Tarix: 21-10-2019, 10:07
"Əgər Cəhənnəm olmasaydı, şübhəsiz ki, çoxları namaz qılmazdı"

"Bəziləri ibadət edərkən axirət dünyasını fikirləşirlərsə, bir başqaları ibadət vasitəsi ilə dünya səadətinə çatmaq istəyirlər" - Ayətullah Misbah Yəzdi.

"Hər hansı bir işdə insanın niyyəti fayda götürmək və zərərdən qaçmaqdır. Amma fayda və zərəri hərə bir şeydə görür. Bəşəriyyətin bir hissəsi dini faydalı hesab edirsə, digər bir hissəsi zərərli olmasından danışır.

Deməli, insanları firqələrə bölən də onların xeyir və şər barəsində yürütdükləri nəzəriyyələrdir. Amma insan nəyin xeyir, nəyin şər olduğunu Allahdan öyrənməlidir.

Allahın buyuruqları isə yalnız iman gətirənlər üçün əhəmiyyət daşıyır. Demək, möminlər ibadəti faydalı bilir və bu istiqamətdə çalışırlar. Əlbəttə ki, bu istiqamətdə də niyyətlər fərqlənir.

Bəziləri ibadət edərkən axirət dünyasını fikirləşirlərsə, bir başqaları ibadət vasitəsi ilə dünya səadətinə çatmaq istəyirlər. Namaz qılmaqla bərəkətə, sədəqə verməklə bəladan uzaqlaşmağa çalışanlar var.

Beləcə, əksər namaz qılanlar Allahın əmrinə itaət etməklə yanaşı Behişt arzusunda olur, Cəhənnəm əzabından nicat tapmaq istəyirlər. Əgər Cəhənnəm olmasaydı, şübhəsiz ki, çoxları namaz qılmazdı."

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930