Ən abid, ən zahid, ən səxavətli və ən təqvalı kimdir?
Mьəllif: admin1
Tarix: 8-08-2017, 23:14
Ən abid, ən zahid, ən səxavətli və ən təqvalı kimdir?
Allah şəriətin tətbiq edilməsi ilə insanları məşəqqətə salmaq niyyətində deyil. Allah insanlar üçün çətinlik deyil, asanlıq istəyir. Dinin missiyası da bundan ibarətdir. Allah insanlara gücü çatmayan yükü verməz və onların imkanı olmayan vəzifəni onlardan tələb etməz.

Bəzən Allah bizdən 60 illik kor-koranə ibadət deyil, bir saatlıq təfəkkürlü itaəti tələb edir. Bu yerinə yetirdiyimiz əməllərin bəsirətlə olub olmaması ilə bağlıdır.

Allahın insandan gözlədiyi buyurulmuş vacibləri yerinə yetirmək, çəkindirdiyi haramlardan və günahlardan uzaq durmaqdır. Ən səxavətli olmaq üçün bütün əmlakını da verib əliboş oturmaq lazım deyil. Ən zahid insan adı almaq üçün də dünyanın halal nemətlərindən bibəhrə olmaq lüzumsuzdur.

İmam Sadiq buyurur:

"Atam atasından o da babasından və o da Əlidən, o isə peyğəmbərdən nəql edir : Ən abid insan vacibatı yerinə yetirəndir. Ən səxavətli insan malının zəkatını verəndir. Ən zahid insan isə haramlardan uzaq duran, ən təqvalı isə onun zərərinə olsa belə haqqı deyəndir”

Bu hədisdən anlaşılır ki, dini məsələlər məşəqqətli deyil. Allahın istədiyi də elə haramları tərk etmək və vacibləri yerinə yetirməkdir./islaminsesi\
 
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930