DÜNYA
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:39
Dünya həyatı
İmam Əli (ə): «Dünya ən alçaq (ya ən yaxın) şey olduğu üçün dünya adlanıb. Axirətə də, orada əvəz və mükafat olduğuna görə axirət deyilir.»
İmam Əli (ə): «İnsanlar dünyanın övladlarıdır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz.»

Dünya axirət üçün əkin yeridir
Allahın Peyğəmbəri (s): «Dünya axirətin əkin sahəsidir.»
İmam Əli (ə) : «Axirət, dünya ilə əldə olunar.»
İmam Əli (ə): «Həqiqətən, pak və müqəddəs Allah dünyanı ondan sonra üçün yaradıb. Dünya əhlini onda imtahana çəkir ki, kimin ən yaxşı əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış və orada çalışmağa əmr olunmamışıq.»
İmam Baqir (ə) : «Dünya axirət üçün necə də gözəl köməkçidir.»

Dünyanın mənası
Allahın Peyğəmbəri (s): «Dünya Lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı Lənətlənmişdir.»
İmam Səccad (ə): «Dünya iki növdür: axirətə çatdıra biləcək həddə olan dünya və bir də (axirətdən çəkindirən) Lənətlənmiş dünya.»

Dünyadan yalnız zəruri olan qədər götürmək
İmam Əli (ə): - Onun yanında özünün ehtiyaclı olmasından şikayətlənən kişiyə- «Bil ki, sənə dünya malından qüvvəndən və ehtiyacından artıq nə yetişsə, sən onu yalnız başqası üçün saxlayan xəzinədarsan.»
İmam Əli (ə): «Dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və sənə kifayət edəndən başqa heç nə istəmə.»
İmam Əli (ə): «Dünya münafiqlərin sarayıdır, təqvalıların sarayı deyil. Buna görə, dünyadan bədəninini qüvvətləndirən, səni diri saxlayan və axirətin üçün azuqə olan həddə bəhrələn.»
İmam Sadiq (ə): «Dünya mənim nəzərimdə bir leşə bənzər, yalnız çarəsiz qaldığım vaxt ondan yeyərəm.»

Dünya onu tərk edən kəs üçündür
Allahın Peyğəmbəri (s): «Allah-taala dünyaya vəhy etdi: Sənə xidmət edən kəsi əziyyətə sal, səndən uzaqlaşana isə xidmət et.»
İmam Əli (ə): «Dünya, onu tərk edən və axirət, onu axtaran üçündür.»
İmam Əli (ə): «Dünyanın misalı sənin kölgənə bənzər. Sən dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar.»

Dünyanı nadancasına məzəmmət etmək
Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şərr-bəladan xilas olar. Bəndə «Allah dünyaya Lənət etsin» deyəndə dünya deyər:«Allahın Lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun.»
İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?.. Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır.»

Məzəmmət olunmuş dünyanın xüsusiyyətləri
İmam Əli (ə): «Dünya ziyan bazarıdır.»
İmam Əli (ə): «Dünya ağılların torpağa düşmə (yıxılma) meydanıdır.»
İmam Əli (ə): «Dünya pislik mədəni və aldatma məkanıdır.»
İmam Əli (ə): «Dünya şər və pisliyin əkinidir.»
İmam Əli (ə): «Dünya (insanı) xar edər.»

Dünyanı sevmək bütün günahların mənşəyidir
Allahın Peyğəmbəri (s): «Dünyanı sevmək ən böyük «kəbirə» günahdır.»
Allahın Peyğəmbəri (s): «Dünya məhəbbəti hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930