ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR
Mьəllif: admin1
Tarix: 27-09-2015, 11:05
ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR

Bəli, əgər həqiqi möminlər dünyanı düşünürlərsə, bu düşüncə səthi və çarəsizlikdəndir. Lakin onlar qəlblərinin dərinliyində Allahı düşünürlər. Onlar bəzən dünya nemətlərini də xatırlayırlar. Çünki bu nemətlər məşuq tərəfindən olan bir hədiyyədir. Əgər məşuq tərəfindən aşiqə bir çiçək çatarsa, bu hədiyyə aşiq üçün bütün dünyadan üstün və dəyərli olar.
Allahın övliyaları dünyada maddi ləzzətləri düşünmürlər. Axirətdə də başqa möminlər ilahi nemətlərdən faydalanarkən onlar öz Allahları ilə raz-niyaz edirlər.
Merac hədisində buyurulur:
“Behişt əhli behişt yeməkləri və şərablarından ləzzət alan zaman bu dəstə Məni yad edir və Mənimlə söhbətdən ləzzət alırlar.(Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 77-ci cild, səh.23, 6-cı rəvayət.)”
Behişt şərabları və yeməkləri dünya yeməkləri və şərablarından çox dəyərlidir, hətta müqayisə olunmaz dərəcədədir. Yüksək iradəli şəxslər dünyanın haram ləzzətlərinə göz yumub, behiştin şərab və yeməklərinə çatmaq istəyirlər. Lakin Allahı yad edən və onunla ünsiyyətin şirinliyini dərk edən şəxslər cənnət şərabları və yeməklərinə də diqqət ayırmırlar. “Dost bizim, onun bütün nemətləri isə sizin!”
Belə möminlər hətta Allahla ünsiyyətdən başqa bir şeydən ləzzət aldıqda Allahdan bağışlanmaq istəyirlər. İmam Səccad (ə) öz münacatından Allaha ərz edir:
“İlahi, Səni yad etməkdən başqa bir şeydən ləzzət aldığıma görə bağışlanmaq istəyirəm. Səninlə ünsiyyətdən savay hər bir rahatlığa və Sənə yaxınlıq məqamından başqa hər bir şadlıq və sevincə görə bağışlanmaq istəyirəm.(Məfatihul-cinan)”
Onlar Allahın zikrində nə görmüşlər ki, başqa ləzzətlərə qarşı bu qədər etinasızdırlar? Bu sualın cavabını “Məni yad edin ki, sizi yad edəm” ayəsində tapmaq olar. Merac hədisində daha aydın şəkildə bəyan olunmuşdur:
“Ənzuru iləyhim kullə yəvmin səbinə mərrəh”.
Bu, həqiqətdə onların Allah zikrində tapdığı həmin ləzzətdir. Məhbubun onları düşünməsi!
“Allahım, dilimi zikrinlə hərəkətə gətir, qəlbimi eşq və məhəbbətinlə məğlub et. Qəbulunun gözəlliyi ilə mənə minnət qoy.(Məfatihul-cinan, Kumeyl duasından bir hissə)”
“Ey mənim Ağam, yalnız Səni yad etməklə qəlbim dirilir və Sənin münacatınla özümdəki qorxu (ayrılıq) dərdinə təskinlik verirəm”.

http://ceferiler.com/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930