Ərəfə gününün əməlləri
Mьəllif: admin1
Tarix: 8-07-2022, 22:36
Ərəfə gününün əməlləri

“Ərəfə” islamda bayram hesab edilməsədə çox mübarək bir gündür.

Zilhiccə ayının 9-una təsadüf edən müstəhəb əməlləri diqqətinizə çatdırırıq.

“Ərəfə” günü isə Allah öz nemətlərini yer üzündə olan insanlara şamil edər və Şeytan bu gün qəzəbli və alçalmış olar. Bu günün əməlləri isə bunlardır:

1. Qusl.

2. Bu gün imam Hüseyni (ə) ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).

3. Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur.

4. Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa).

5. Peyğəmbərin (s) təsbehi: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”

6. İmam Sadiqdən (ə) zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhunu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əs əlikə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”

7. “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)

8. İmam Hüseynin (ə) “Ərəfə” günündə oxuduğu dua.

9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.”, “Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”

“Ərəfə” gecəsini ibadətlə keçirtməyin savabı 170 il ibadətin savabı kimi qeyd olunar və bu gecədə imam Hüseyni (ə) ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə) müstəhəbdir.
(islamazeri.az)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930