Ayətullah Xamenei: İran və ABŞ arasında heç bir səviyyədə müzakirə aparılmayacaq
Mьəllif: admin1
Tarix: 17-09-2019, 15:31
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: İran və ABŞ arasında heç bir səviyyədə müzakirə aparılmayacaq
İran və ABŞ arasında heç bir səviyyədə və heç bir müzakirə aparılmayacaq.

Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, bunu bu gün dərsi-xaric dərsinin əvvəlində ABŞ tərəfindən İranla müzakirə mövzusunun gündəmə gəlməsinə münasibət bildirən Ali RƏhbər Ayətullah Seyid Əli Xamenei deyib.

Ötən 40 il ərzində xalqın düşmənlərin çirkli planları qarşsında ayıq olmasını tərifləyən Ali Rəhbər bildirib ki, ölkənin problemlərinin yeganə həlli yolu xalqa və gənclərə arxayın olmaq və ölkə daxilindəki potensialdan istifadə etməkdədir.

Müzakirə hiyləsindən onların məqsədinin öz istəklərini yeritmək və İrana maksimal təzyiqlərin təsir etdiyini göstərməkdir deyən Ayətullah Xamenei bildirib ki, İran xalqına qarşı maksimal təzyiq siyasətinin zərrə qədər də dəyəri yoxdur və İslam Respublikasının bütüm məsul şəxsləri bir səslə elan edirlər ki, ABŞ-la heç bir səviyyədə müzakirə olmayacaq.

Ali Rəhbər bildirib ki, əgər ABŞ öz sözündən dönərsə, tövbə edərsə, pozduğu nüvə sazişinə qayıdarsa onda saziş ölkələri çərçivəsində iştirak edə bilər və İranla danışıq apara bilər. Lakin belə olmazsa İslam Respublikası rəsmiləri ilə ABŞ arasında heç bir səviyyədə və heç bir danışıq baş tutmayacaq. Nə Nyu Yorkda və nədə başqa yerdə.

Ayətullah Xamenei Avropa ölkələri ilə bağlı da yaxın günlərdə danışacağını bildirib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930