Ayətullah Xameneyi Trampın mesajına belə cavab verdi
Mьəllif: admin1
Tarix: 13-06-2019, 13:36
Bцlmə: Xəbərlər
Ayətullah Xameneyi Trampın mesajına belə cavab verdi
“İran İslam Respublikası ABŞ-a heç etimad etmir və bu ölkə ilə Hərtərəfli Bİrgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrin acı təcrübəsi heç vaxt təkrar olmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul etmir.”

Maide.az-ın Leader.ir-ə istinadla məlumatına görə, bu sözləri Ayətullah Xamenei bu gün səhər Yaponiya baş naziri Şinzo Abenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşün əvvəlində baş nazir Ş.Abe Ayətullah Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Lakin Ayətullah Xamenei onun bu istəyinə “bizim sizin xoşməramlı və ciddi niyyətinizdə heç bir şübhəmiz yoxdur, lakin mən Trampın özünü heç bir mesaj mübadiləsi etməyə layiq bilmirəm və ona heç bir cavabım yoxdur və olmayacaq” cavabını verib.

Ayətullah Xamenei qeyd edib ki, indi deyəcəklərim sözlər Yaponiya baş naziri ilə danışıqlar çərçivəsindədir çünki biz Yaponiyanı dost ölkə hesab edirik, baxmayaraq ki, bəzi şikayətlər də mövcuddur.

Ayətullah Xamenei Yaponiya baş nazirinin “Tramp mənə deyib ki, ABŞ İranda rejimi dəyişmək niyyətində deyil” sözlərinə münasibət bildirərək qeyd edib ki, İranın ABŞ-la problemimiz rejimin dəyişməsi məsələsi deyil.

“Çünki onların əgər belə bir niyyətləri olmuş olsa belə , icra etməkdən acizdirlər. Necə ki, ABŞ-ın öncəki prezidentləri ötən 40 il ərzində İran İslam Respublikasını məhv etmək üçün çalışdılar lakin bacarmadılar.”

Ayətullah Xamenei bildirib ki, Trampın rejimi dəyişməmək haqqında dedikləri bir yalandır. Ona görə ki, əgər bu işi etmək iqtidarında olsaydı, görərdi lakin edə bilmir.

Ayətullah Xamenei Yaponiya baş nazirinin ABŞ-ın nüvə proqramı mövzusunda da müzakirə aparmaq istəyi ilə bağlı dediklərinə münasibət bildirib.

“İran İslam Respublikası 5-6 il 5+1 ölkələri çərçivəsində ABŞ və Avropa ölkələri ilə nüvə mövzusunu müzakirə edib və nəticə də əldə edib. Lakin ABŞ bu razılığı pozdu və öhdəliyini yerinə yetirmədi. Bu baxımdan hansı ağıllı şəxs yenidən bütün sazişləri pozub və verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə müzakirə edər?”

Ayətullah Xamenei nüvə silahlarının anbarlarda saxlanılmasını da ağılsızlıq adlandırıb. “ABŞ –ın hansı ölkənin nüvə silahı olsun, hansının olmasın barəsində danışmağa heç bir səlahiyyəti yoxdur. Çünki ABŞ–ın özünün anbarlarında bir neçə min nüvə başlığı var.”

Ayətullah Xamenei Yaponiya baş nazirinin “ABŞ İranla sədaqətli müzakirə aparmağa hazırdır” sözünə münasibət bildirərkən deyib ki, bu sözə inanmır.

“Çünki sədaqətli müzakirə Tramp kimi bir şəxs tərəfindən aparıla bilməz. ABŞ rəsmiləri arasında sədaqət çox tapılmaz bir şeydir. ABŞ prezidenti bir neçə gün öncə sizinlə görüşdü və İran haqqında danışdı.

Lakin Yaponiyadan qayıtdıqdan sonra dərhal İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdi. Sizcə budurmu sədaqətin mesajı? Sizcə bu göstərir ki, onun sədaqətli müzakirə aparmaq niyyəti var?”

Ali Rəhbər deyib ki, biz heç vaxt ABŞ-la son bir neçə ilin acı müzakirə təcrübəsini yenidən təkrarlamayacayıq. “Nüvə proqramına dair saziş əldə edildikdən sonra HBFP-ni ilk pozan şəxs Obamanın özü idi, bu o şəxs idi ki, İranla müzakirə etməyi istəmişdi və vasitəçi də göndərmişdi. Bu bizim təcrübəmizdir və cənab Abe bilin ki, biz bu təcrübəni bir daha təkrar etməyəcyik”.

Yaponiya baş nazirinin “Tramp deyib ki, ABŞ-la müzakirə İranın inkişafına səbəb olacaq” sözünün cavabında Ayətullah Xamenei bildirib ki, biz Allahın lütfü ilə ABŞ-la müzakirə etmədən də , elə bu sanksiyalarla birlikdə inkişaf edəcəyik.

Ayətullah Xamenei Yaponiya baş nazirinin İranla əlaqələrin inkişaf etdirilməsinə dair sözlərinə cavab olaraq deyib ki, Yaponiya İran üçün Asiyada önəmli bir ölkədir və əgər İranla əlaqələri inkişaf etdirməkdə maraqlıdırsa özündən ciddi iradə ortaya qoymalıdır. Necə ki, bəzi önəmli ölkələr bu ciddi iradəni ortaya qoyub.

Ayətullah Xamenei deyib ki, biz düşünürük ki, ABŞ-la müzakirə yolu bizim problemlərimizin həlli yolu deyil, heç bir azad xalq təzyiqlər altında müzakirəni qəbul etməyəcək.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031