Xarci güclər qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik
Mьəllif: admin1
Tarix: 16-07-2018, 11:22
Bцlmə: Xəbərlər
Xarci güclər qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik
Xarici güclər, xüsusi ilə ABŞ qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik.

Maide.Az “leader.ir”ə istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.

Ayətullah Xamenei bildirib ki, Avropa ölkələri ilə nüvə razılaşması məsələsində lazimi zəmanəti almalıyıq. “Ölkə iqtisadiyyatı bu məsələdə müzakirə mövzusu olmamalıdır. Yəni Nüvə razılaşması fonunda iqtisadiyatımızda hər hansı asılılıq yaranmamalıdır.”

Ötən gün prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə dünya ölkələri ilə əlaqələrin genişləndirilməsi məsələsinə diqqət çəkən ayətullah Xamenei qeyd edib ki, xüsusi ilə diplomatik sahədə fəaliyyət artırılmalıdır.

“ABŞ və bəzi ölkələrdən başqa şərq və qərb dövlətləri ilə, müxtəlif sahələrdə iki tərəfli əlaqələri genişləndirmək lazımdır. Lakin bütün hallarda milli maraqlar ən öndə olmalıdır”.

Qeyd edək ki, Ayətullah Xamenei prezident Həsən Ruhaninin Avropa səfəri çərçivəsində göstərdiyi qətiyyəti alqışlayıb və bildirib ki, hökumət və xalq arasında güclü bağlar olmalı, ölkənin daxili və xarici siyasəti xalqa daim ümid verməlidir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031