Ayətullah Xamenei: Qərb ölkələri ifşa olunacaqlarından qorxurlar
Mьəllif: admin1
Tarix: 27-09-2018, 10:37
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Qərb ölkələri ifşa olunacaqlarından qorxurlar
“Bu gün kimyəvi silah ittihamı üçün səs-küy salan Qərb ölkələri İran-İraq müharibəsi dövründə Səddam rejiminə kimyəvi silahlar verdilər.”

Maide.Az “khamenei.ir” saytına istinadla xəbər verir ki, bunu ötən gün Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei "Müqəddəs Müdafiə" həftəsi münasibətilə hərbi komandanlar, veteranlar, sənətçilərlə görüşü zamanı deyib.

Ayətullah Xamenei qeyd edib ki, Səddam rejim həmin kimyəvi silahları təkcə müharibə meydanında deyil, həmdə Sərdəşt şəhərində dinc əhaliyə qarşı istifadə edib.

“Qərb ölkələrində təşkil olunan film festivallarında İran hərbi filmlərinin nümayiş etdirilməsindən qorxurlar. Çünki ifşa olunacaqlarını bilirlər. Fransa və Almaniya vətəndaşları Səddam rejiminə silah yardımları edən dövlətlərinin 8 il boyunca İran xalqına qarşı nələr etdiyini niyə bilmələlidir?”

Ayətullah Xamenei bildirib ki, müharibə dövründə İran təkcə iqtisadi və siyasi sanksiyalarla üzləşməmişdi. “Ölkəmizə təbliğat baxımından da sanksiya tətbiq edilmişdi. İran xalqının səsi eşidilmirdi. Dünya KİV-ləri sionistlərin diqtəsi altında istədikləri formada İran xalqının əleyhinə təbliğat aparırdılar.”

Ali Rəhbər qeyd edib ki, “Müqəddəs Müdafiə” sahəsindəki incəsənət əsərləri böyük və səmərəli bir silahdır. “Çəkilmiş filmlər, kitablar və incəsənət əsərləri tərcümə olunaraq müxtəlif dillərdə yayımlanmalıdır və İran xalqının imanı, çalışqanlığı və məğlubiyyətsizliyi dünyaya tanıtdırılmalıdır.Bu istiqamətində ədəbiyyat, kino, teatr, televiziya, qəzet və sosial media sahəsində bəzi işlər görülüb, lakin bu hələdə azdır”.

Qeyd edək ki, görüşdə İslami Təblğat Təşkilatının sədri Höccətül-İslam Qummi Əhvaz terror hadisəsində şəhid olmuş azyaşlı uşaq şəhid Məhəmməd Tahanın köynəyini şəhidin ailəsinin adından Ayətullah Xameneiyə təqdim edib.

Ali Rəhbər bu dəyərli hədiyyəni hörmətlə qəbul edib və Şəhid Məhəmməd Tahanın ailəsinə və Əhvaz əhalisinə təşəkkürünü bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930