Ayətullah Xamenei: Amerika İran xalqının sözün əsil mənasında əsas və pis düşmənidir
Mьəllif: admin1
Tarix: 2-11-2017, 15:34
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Amerika İran xalqının sözün əsil mənasında əsas və pis düşmənidir
Xəbər verdiyimiz kimi, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər 13 Aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü ərəfəsində minlərlə tələbə və şagirdlə görüşüb.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei gənc nəsli cəmiyyətin qabaqcılı və proseslərə təsiredici gücə malik adlandırıb və deyib ki, gənc nəsil istedadlı və uğurlu nəsildir, heç şübhəsiz əziz İranı bütün maneələrdən və çətinliklərdən qurtararaq əlverişli zirvəyə qədər çatdıracaq. “Əlbətdə bu parlaq məqsədə çatmaq üçün İran xalqının əsas və xəbis düşməni yəni Amerikanı tanımaq, elm öyrənmək və çalışmaq, eləcədə Allahla əlaqəni gücləndirmək lazımdır.”

Ayətullah Xamenei dünya hegemonlarının İran xalqına qarşı düşmənçiliyinin indiyədək heç bir təsirinin olmadığını bildirib və deyib ki, Amerika sözün əsil mənasında əsas və pis düşməndir və bu həqiqət, təəssübkeşlik və bədbin baxışdan deyil, təcrübədən, hadisələrin düzgün öyrənilməsindən və meydandakı reallıqların müşahidəsindən əldə olunan nəticədir.

Ayətullah Xamenei ABŞ prezidentinin İran xalqını terrorçu adlandırmasını ağılsız davranış adlandırıb. “Bu ağılsız söz göstərir ki, amerikalılar sadəcə İran rəhbərliyi və dövləti ilə deyil, yorulmadan onların qarşısında müqavimət göstərən İran xalqının mövcudluğuna qarşı düşmənçilik edir və kin saxlayır.”

Ayətullah Xamenei bir neçə il öncə bir amerika rəsmisinin "İran xalqının kökünü kəsməliyik" deməsini xatırladaraq qeyd edib ki, onlar belə bir zəngin tarixi və mədəni keçmişə malik olan bir xalqın kökünü kəsməyin mümkün olmaması reallığını dərk etməkdən acizdir.

Ali Rəhbər Amerikanın davamlı səhvlərə yol verməsinin səbəblərini açıqlayıb. “Amerikalılar əvvəlki nəticəsiz məkirli planlarını davam etdirirlər ona görə ki, düşmənçilik və kinləri, onları həqiqəti dərk etmək və düzgün qiymətləndirmə qabiliyyətindən məhrum edib.”

Ayətullah Xamenei bildirib ki, Amerika qarşısında güzəştə getmək onları daha da həyasızlaşdırır bu səbəbdən yeganə çıxış yolu mübarizə və müqavimətdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930