Azərbaycan prezidenti Ayətullah Xamenei ilə görüşüb
Mьəllif: admin1
Tarix: 1-11-2017, 22:49
Bцlmə: Xəbərlər
Azərbaycan prezidenti Ayətullah Xamenei ilə görüşüb
Bu gün Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki,görüşdə Ayətullah Xamenei Azərbaycan və İran arasında əməkdaşlıqların inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və iki ölkənin dərin tarixi bağlarının olduğunu qeyd edib.

"İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmasını istəməyənlər var ki, onların bu təhrikedici istəkləri və dağıdıcı addımları qarşısında müqavimət göstərmək və daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır. "

Ayətullah Xamenei Azərbaycan əhalisinin əksəriyyətinin İran və İraq xalqları kimi Əhli-beyt (ə) məktəbinin davamçıları olduğunu önəmli bir həqiqət adlandırıb. "Bu xeyirli fürsət və Azərbaycanda şiələrin əzəmətli əzadarlığının qədri bilmək lazımdır. Ona görə ki, bu məsələlər sizin ölkənin və xalqın milli kimliyini gücləndirir."

Ayətullah Xamenei sabiq SSRİ hökumətinin marksist ideologiyasını yaymaq və Azərbaycanda dini unutdurmaq üçün çoxlu səylərinin uğursuzluğunun əsas səbəbini xalqın imanlı olmasında görüb və deyib ki, cari ilin Məhərrəm ayında əzadarlıq məclislərinin izdihamlı keçməsi Azərbaycan xalqının sarsılmaz imanının göstəricisidir.

Görüşdə prezident İlham Əliyev İranda özünü öz evində olduğu kimi hiss etdiyini bildirib və qeyd edib ki, son illər iki ölkə arasında əməkdaşlığın səviyyəsi artıb. İranla münasibətlərimizdə tamamilə ciddiyik və heç kimin müdaxiləsinə və iki ölkənin əlaqələrini pozmasına icazə verməyəcəyik.

Prezident İ.Əliyev Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahələrində əməkdaşlıqların olduğunu vurğulayıb və Azərbaycan hökumətin məscidlərin tikintisi sahəsində çalışmalarından danışıb.

Prezident qeyd edib ki, Hazırda İranla iqtisadi və mədəni əlaqərəmizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradəmiz var.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930