Ayətullah Xamenei: Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir
Mьəllif: admin1
Tarix: 3-09-2018, 09:57
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir
İran Silahlı Qüvvələri bölmələri arasında Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahı son dərəcə önəmli bölmə və düşmənlə mübarizədə ön cəbhədədir.

Maide.Az “Leader.ir” saytına istinadən bildirir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandirləri ilə görüşdə deyib.

Ayətullah Xamenei Qərargah komandirlərinin hər gün daha da hazırlıqlı olmağının və ordunun gücünü artırmağın zəruriliyini vurğulayıb.

“Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir. Lakin Eyni zamanda Silahlı Qüvvələr həqiqi və dinamik idarəetmə ilə yanaşı, hərbi imkanlarını gündəlik olaraq təkmilləşdirməlidir."

O əlavə edib ki, İran Silahlı Qüvvələrinin hazırlığını artırmaq üçün atılan hər bir addım qüdrətli Allah qarşısında ibadətə bərabərdir.


Xatəmül-ənbiya(s) Hava Hücumundan Müdafiə Qərargahı 2008-ci il avqustun 31-də Ali Rəhbər Ayətullah Xameneinin fərmanı ilə yeni formatda təşkil olunub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930