‘Suriya üçün yeni çirkli planlar hazırlayırlar’ - Ayətullah Xameneidən Bəşər Əsədə xəbərdarlıq
Mьəllif: admin1
Tarix: 26-02-2019, 11:49
Bцlmə: Xəbərlər
‘Suriya üçün yeni çirkli planlar hazırlayırlar’ - Ayətullah Xameneidən Bəşər Əsədə xəbərdarlıq
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib.

Maide.Az “leader.ir” saytına isitnadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, Suriyanın qələbəsinin, eləcə də ABŞ və regiondakı əlaltılarının məğlub olmasının sirri Suriya prezidenti və xalqının dözümü və onların müqavimətindədir.

Ali Rəhbər Suriya prezidenti və xalqını yeni hiylələr qarşısında ehtiyatlı olmağa çağırıb və bildirib ki, İran İslam Respublikası Suriya xalqına və dövlətinə yardımı müqavimət hərəkatına dəstək kimi görür və səmimi qəlbdən bununla fəxr edir.

Ayətullah Xamenei İran İslam Respublikasının böhranın ilk günündən Suriya dövləti və xalqının yanında olduğunu bildirib və qeyd edib ki, Suriya xalqı öz dözümlülüyü və yardımı ilə ABŞ, Avropa və onların regiondakı müttəfiqlərindən ibarət böyük koalisiya qarşısnda müqavimət göstərə bildi və qələbə qazandı. “Suriyada müqavimət hərəkatının qələbəsi ABŞ-ı qəzəbləndirdi və onlar yeni çirkli planlar hazırlayırlar. Suriyada bufer zonanın yaradılmasına çalışmaq bu təhlükəli çirkli planlardan bir nümunədir. Bu istəyi qətiyyətlə qəbul etməmək və onun qarşısında durmaq lazımdır.”

Ayətullah Xamenei ABŞ-ın İraq və Suriya sərhəddinə təsiredici rol oynamağa çalışmasının da çirkli planlardan daha bir nümunəsi olduğunu bildirib. “İran və Suriya arasında dərin strateji əlaqə mövcuddur. Müqavimət hərəkatının mahiyyəti və gücü davamlı əlaqəyə bağlıdır. Məhz bu səbəbdən düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər”.

Ayətullah Xamenei Suriya məsələsində düşmənlərin yalnış hesablama apardığından danışıb: “Düşmənlərin yalnışı bunda idi ki, Suriyanı bəzi ərəb ölkələri ilə səhv saldılar. Bir haldakı həmin ölkələrdə xalq hərəkatı müqavimət üçün və ABŞ və onların əlaltılarına qarşı idi.”

Ali Rəhbər Suriya və İran din alimlərinin, eyni zamanda məzhəb əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb: “Siz elə bir müqavimət göstərdiniz ki, ərəb dünyasının qəhrəmanına çevrildiniz. Regionada müqavimət sizin vasitənizlə gücləndi və daha da çox etibar qazandı. İran İslam Respublikası keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanında olacaq.”

Sonda Ali Rəhbər Suriya xalqının uğuru və Bəşər Əsəd və onun ailəsinin sağlamlığı üçün dua edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930