Ayətullah Xameneinin müşaviri: Suriya amerikalıları zillətlə xaric edəcək
Mьəllif: admin1
Tarix: 28-06-2018, 10:09
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin müşaviri: Suriya amerikalıları zillətlə xaric edəcək
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin beynəlxalq işlər üzrə müşaviri Əli Əkbər Vilayəti Suriya xarici işlər nazirinin müavini Faysal Miqdadla görüşüb.

Görüşdə Vilayəti Suriyanın İran İslam Respublikasının dəstəyi ilə Amerikaya qarşı müqavimət göstərdiyini və indi yeddi illik müharibənin ardınca hər baxımdan daha güclü bir mövqedə olduğunu bildirib.

Amerika, Avropa və sionistlərin İslam ölkələrini parçalamağa çalışdıqlarını bildirən Vilayəti bu təxribatlar ilə yeganə mübarizə yolunun müsəlman xalqların və dövlətlərin ittifaqı olduğunu vurğulayıb.

Vilayəti Suriya xalqı və dövlətinin amerikalıları zillətlə Suriyadan xaric edəcəklərinə inandıqlarını qeyd edib.

Görüşdə Faysal Miqdad da İranın dəstəkləri və iranlı qardaşlarının pak qanının olmayacağı təqdirdə bu nailiyyətləri əldə edə bilmməyəcəklərini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930