Müdafiə gücümüz əsla müzakirə edilə bilməz - Ayətullah Xamenei
Mьəllif: admin1
Tarix: 25-10-2017, 14:45
Bцlmə: Xəbərlər
Müdafiə gücümüz əsla müzakirə edilə bilməz - Ayətullah Xamenei
“Bir günlər İran ABŞ, İngilis və Sionist müşavirlərinin ayaqları altında başı aşağı idi. Amma bu günlər hegemonların bizimlə davası budur ki sizin gücünüz niyə regionu tutub?!. İndi bizim milli iqtidarımız düşmənlərimizin düşüncəsinə görə onlara mane olandır. Ona görə onunla mübarizə aparırlar. Bizim müdafiə gücümüz müzakirə edilə bilməz”
İslaminSesi.info khamenei.ir-ə istinadla xəbər verir ki bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei dyeib.

Ayətullah Seyid Əli Xamenei Tehranda İmam Əli adına zabitlər universitetində çıxışı zamanı, ABŞ-ın İranın ballistik raketlər proqramına sanksiya tətbiq etməsinə işarə edərək təkidlə vurğulayıb ki, ölkənin müdafiə gücü heç vaxt müzakirə obyektində ola bilməz.

“Bundan öncə elan etmişik indi də deyirik ki ölkənin müdafiə imkanlarının müzakirə edilməsi haqda danışıqlar aparılmayacaq. Düşmən, filankəslərin niyə müdafiə vasitələri var?, niyə istehsal edirlər?, niyə araşdırırsınız? deyirlər. Amma (bilməlidirlər ki) biz milli gücümüzü təmin edirik və bu barədə heç kimlə də müzakirə aparmırıq” deyə İslam İnqilabının ALi lideri ölkənin ballistik raketlər və digər müdafiə proqramının müzakirə obyektində olmayacağı haqda qəti xəbərdarlıq edib.

Ayətullah Seyid Əli Xamenei ölkənin iqtisadiyyatı ilə bağlı ölkə rəsmilərini deyib:

“Təhlükəsizlik mühümdür. Çünki hər bir inkişaf ona bağlıdır. Bu gün ölkənin ən mühüm məsələlərindən biri xalqın məişəti və iqtisadiyyatıdır. Bizim iqtisadiyyatımızın tarixi problemi neftə bağlılıqdır. Buna görə bütün zamanlarda iqtisadi təhlükəsizlik bizim üçün önəm daşıyır. Neft düşür və ya qalxır bu zaman ölkənin iqtisadiyyatı təhlükədə olur. Bizim iqtisadiyyatımız da təhlükəsiz olmalıdır.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930