Atəşin rəhbərləri
Mьəllif: admin1
Tarix: 14-10-2019, 10:26
Atəşin rəhbərləri
Quranda hakimlər iki dəstəyə bölünürlər. Bəziləri nur rəhbərləridir, bəziləri isə atəş. Quran bu cür nur rəhbərlər barəsində buyurur:

“Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. (“Ənbiya” 73).

Amma atəş rəhbərlərinin tarixdə həkk olunan bəzi pis əməlləri ilə tanış olaq.

1. Müaviyyə tərəfindən Kufəyə təyin edilmiş vali Ziyad ibni Əbih məsciddə xütbə deyirdi. Bu zaman bir dəstə insan ona tərəf daş atmağa başladı.

O, əmr verir ki, məscidin qapılarını bağlasınlar. Hər kim günahkar olmadığına and verirdisə, azad olurdu və yerdə qalan 80 nəfərin əllərini kəsdilər.

2. Yezid ibni Müaviyyə (hər ikisinə lənət!) üç il hökumət edir. Birinci ildə İmam Hüseyni (ə) qətl edir və Aşura hadisəsinin səbəbkarı olur. Xəlifə olmasının ikinci ilində Mədinəyə hücum etdi. İnsanları qılıncdan keçirtdi. Üçüncü ilində isə Kəbəni viran edir.

3. Mərvan, xəlifə olduğu zamanda Məkkəni mühasirəyə alır və məscidlərə atəş vurur. Bu hücum zamanı Kəbə evi də yanır. O, deyirdi ki, “Qılınc – insan dərdlərinin dərmanıdır. Hər kim məni təqvaya dəvət edərsə, boynunu vurduraram”.

4. Həccac, Mərvan tərəfindən Kufəyə vali təyin edilir. O, qan tökən insan idi və tarixin bəyan etdiyinə görə müharibdən qeyri halda 120000 nəfəri qətl etmişdi.

Ölən zamanı zindanda 50000 kişi və 30000 qadın həbsdə idi. 16000 məhbususu paltarsız qoymuşdu. Onları qış fəslində tavanı olmayan yerdə saxlayırdı. Yeməkləri arpa çorəyinə torpaq qatılan yemək idi.

5. Yezid ibni Əbdülmülk sevdiyi qadının cəsədini üç gün saxlayır və onun üfunətli iyi saray əhlini narahat etdiyi üçün onu basdırırlar.

Ancaq bunu görən Yezid həmin qadının cəsədini qəbirdən çıxardır. Onun ifunətli iyinin ən gözəl iy olduğunu söyləyir. Hamını bunu qəbul etməyə vadar edir.

6. Hişam ibni Əbdülmülk, Zeyd ibni Əlini şəhid edəndən sonra bədənini dara çəkir və dilini kəsir.

7. Mütəvəkkil, övladlarının müəllimindən soruşur: “İmam Həsənlə (ə) İmam Hüseyni (ə) daha çox istəyirsən, yoxsa Mütəvəkkilin övladlarını?”.

Müəllim İmamları (ə) onun övladlarından üstün olduğunu bildirir. Mütəvəkkil onun dilini başının arxasından bayıra çıxardır və bu cür şəhid edir.

Qurani-Kərimdə buyurulur: “Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər»”. (“Nəml” 34).

Bu ayədən göründüyü kimi bu cürləri hakimiyyət başına keçərsə, qan tökər və insanlara zülm edərlər. İmam Əli (ə) bu cür insanlar barəsində buyurmuşdur: “Allah yanında ən pis insanlar – zalım padşahdır ki, özü yolunu azar və başqaları onun vasitəsilə yolunu azarlar. Sünnəti aradan aparar və bidətləri dirçəldər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930