Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhadət günüdür
Mьəllif: admin1
Tarix: 25-01-2023, 11:36
Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhadət günüdür
Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. Onun ləqəbi Hadi idi.

Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samira şəhərinə aparılmışdır. Ömürünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır.

İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-beyt (ə) cəmiyyəti onu rahatlıqla qəbul etmişdi. İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır.

Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samiraya göndərir. O zaman Samira Abbasi xilafətinin mərkəzi idi.

Xəlifənin hədəfi onu nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəifələr kimi Ələvilərin qiyamından qorxurdu. Onu Samiraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı.

Ancaq əslində bütün hədəfi Əhli-beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur. Bəzən əsgərlər İmamın (ə) evini axtarırdılar. Bir gün hətta gecə yarısı İmamın (ə) evinə girərək, onu ibadət halında gördülər və Mütəvəkkilin yanına apardılar.

İmam (ə) elə bir şeir zümzümə etdi ki, xəlifə fikrə gedir. Bu, axirətlərini fikirləşməyən hegemon insanlar haqqında idi. Elə bilirlər ki, həmişə bu dünyada qalacaqlar. Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) nalayiq sözləri deməyi belə bacarırdı.

237-ci ildə Mütəvəkkil İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar. O, ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir və əmri yerinə yetməmiş özü yatağında öldürülür.

Ən üstün Əhli-beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu.

İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xums, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi.

İmam Hadidən (ə) bizə çox sayda hədis çatmışdır. Bu hədislərin bir çoxu Əhli-beyt (ə) davamçılarının düşüncələrinin islah olmasına aiddir. İmamın (ə) başqa bir mirası - dua, Allahla münacatdır. İmamın (ə) dualarda irəli sürdüyü hədəf - insanların arasında vahid rabitə olması və Əhli-beyt (ə) davamçılarının birləşməsidir.

Buna misal - “Cameyi-kəbirə”dir. Bu ziyarətdə İmam (ə) Əhli-beytin (ə) kamalından və fəzilətindən bəhs etmişdir. Bu ziyarət həqiqətdə imamşünaslıqdır.

İmamın (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi. Başqa bir tanınmış ad İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir.

Bu qətlin səbəbini belə izah edirlər ki, Mütəvəkkil övladlarının ikisini İbni Səkiyyətin yanına göndərir ki, onlara dərs versin. Sonralar başa düşür ki, İbni Səkiyyət İmam Hadinin (ə) tərəfdarlarındandır, onu çağırıb, deyir: “Mənim övladlarımın fəziləti vardır, yoxsa, Həsənlə Hüseynin?”.

İbni Səkiyyət çəkinmədən cavab verir: “Sənin iki övladın iki cənnət seyyidi olan İmam Həsən (ə) və İmam Hüseynlə (ə) müqayisə edilə bilməz. Sənin övladların hətta İmam Əlinin (ə) nökəri Qənbərlə müqayisə edilə bilməz”.

Mütəvəkkil bu sözlərdən çox əsəbləşir və əmr edir ki, onun dilini başının arxasından çıxartsınlar.

İmam Hadinin (ə) tərəfdaşlarından biri də Həzrət Əbduləzim Hüseyni idi. Onun nəsli İmam Həsən Müctəbaya (ə) çatır. O, məşhur hədis yazan, zamanının abidi idi. Həzrət Cavadın (ə) və Həzrət Hadinin (ə) xüsusi səhabələrindən idi.

İmam, Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirada zəhərlənib, şəhid edilmişdir. İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930