Məsumların (ə) elm və möcüzələrinin hikməti nədir?
Mьəllif: admin1
Tarix: 6-09-2016, 16:26
Məsumların (ə) elm və möcüzələrinin hikməti nədir?
Qurani-Kərim buyurur: “Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. (“Səcdə” 24).
Məsum İmamlarımız (ə) və İlahi peyğəmbərlər (ə) ömürləri boyu ən ağır bəla və müsibətə dözüb, səbir etmişdilər. Hətta bu bəlaların ən kiçiyi belə, adi insan üçün dözülməz olardı. Kifayətdir ki, Məsumların (ə) həyat hekayələrinə bir nəzər salaq və görərik ki, onların çəkdiyi bəla və əziyyətlərə adi insanlar heç bir zaman səbir edə bilməzdilər.
Məsumların (ə) ömür boyu yerinə yetirdiyi ibadəti heç bir mömin insan yerinə yetirə bilməz. Hədislərimiz buyurur ki, İmam Əli (ə) bir gecədə min rükət namaz qılardı. İmam Səccad (ə) ibadətdə özünü o qədər əziyyətə salardı ki, heç bir abid bu əziyyətə dözə bilməzdi. Həzrət Zeynəb (s.ə) o qədər müsibətə baxmayaraq gecə namazını tərk etməmişdi.
Məsumlarımız (ə) bu fani dünyadan heç bir bəhrə aparmamışdılar. Onların əksər hissəsi cavan yaşlarında şəhid olmuşdur. Allah Təala Öz qeyb elmi ilə Məsumların (ə) bu sifətlərini görərək yaxşı bilirdi ki, onların bu çətinliklərə dözmək tutumları vardır. Ona görə də bu müqəddəs insanları dini rəhbərlər təyin etmiş və buyurmuşdur:“Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. (“Ənbiya” 73).
Allah Təala Məsum İmamlar (ə) haqqında buyurur: “Həqiqətən, Biz Məsum İmamları (ə) bəşərin öz cinsindən qərar verdik ki, insanları hidayət etsinlər. Çünki onların səbir və mətanəti yüksəkdir. Həm də Bizim ayə və nişanələrimizə yəqinlikləri vardır”.
Ona görə də belə nəticəyə gəlmək olur ki, Allahın bu müqəddəs insanları imam təyin etməsinin əsil səbəbi – Allahın qeyb elminə malik olmaqları və səbir əhli olmaqlarıdır. Allah Təbarəkə və Təala Məsumların (ə) haqq rəhbər olduğunu isbat etmək üçün onlara möcüzə etmək qabiliyyətini vermişdir. Bu yolla Allah tərəfindən təyin edilmiş rəhbərlər olduqlarını isbat edə bilərdilər. Allah ona görə öz qeyb elmini və möcüzə etmək qabiliyyətini Məsumlara (ə) veribdir ki, onlar hələ kiçik yaşlarından buna layiq idilər və bu məqama çatmaq üçün Allah onlara lazım olan tutumu vermişdi. Quran buyurur: “Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir”. (“Ənam” 124).
Allah Təala hamıdan daha yaxşı bilir ki, risalətini kimə tapşıra bilər. Başqa bir tərəfdən, Allah Məsumların (ə) vasitəsilə insanlar üzərində olan hüccətini tamamlayar və insanlar da Məsumların (ə) elm və möcüzəsi ilə onların haqq olduqlarını dərk edərlər. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930