Allah Yezidi Quranda lənətləmişdir – əhli-sünnənin hənbəli məzhəbinin banisi
Mьəllif: admin1
Tarix: 13-08-2022, 09:42
Allah Yezidi Quranda lənətləmişdir – əhli-sünnənin hənbəli məzhəbinin banisi
Muhənna ibni Yəhya bir gün Əhməd ibni Hənbələ sual verir: "Sizin Yezid ibni Müaviyyə haqqındakı nəzəriniz necədir?”.

O, cavab verir: "Yezid həmin o kəsdir ki, böyük cinayət etmişdir və Peyğəmbərin (s) Mədinəsini qarət etmişdir. Oğlum mənə deyir ki, atacan, insanlar bizi Yezidin dostlarından hesab edir. Mən də cavabında dedim ki, oğlum, o kəsin ki, Allaha və Qiyamət gününə imanı olar, məgər Yezidin dostu ola bilərmi

Məndən soruşdu ki, bəs niyə onu lənətləmirsən? Dedim: "Yezidi necə lənətləməyim ki, Allah Quranda lənətləmişdir”.

Soruşdu: "Quranın hansı yerində Yezidi lənətləmişdir?”.

Dedim: "O yerdə ki, buyurur: "Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir”[/b]. ("Muhəmməd (s)” surəsi, 22-23).

Dedim: "Oğlum! O zaman ki, Yezid hökumətə gəlir, ilk ildə qohumluq əlaqəsini kəsir və Hüseyni (ə) öldürür. İkinci il fəsad törədir, Mədinəni qətl və qarət edir. Üçüncü il Kəbəyə cəsarət edir və cəhənnəmə vasil olur.

Məgər Hüseyni (ə) qətl etməkdən və Mədinəni üç gün qətliam və qarət etməkdən böyük fəsad vardırmı? Bu, o halda ki, Qureyş böyüklərindən, ənsar və mühacirlərdən ölənlərin sayı 700 idi. Qalan ölülərin sayı isə 10 min idi. İnsanlar qan gölündə üzürdülər. Qan Peyğəmbərin (s) məzarına qədər gəlib çatmışdı.

Bundan sonra Yezidin əmri ilə Kəbənin qarşısında mancanaq qurdular və Kəbəni atəşə verdilər. Halbuki, Allahın Peyğəmbəri (s) buyurmuşdu: "Hüseyni (ə) öldürən atəş tabutda olub, əhli dünyanın əzabının yarısını dadacaqdır. Əl və ayaqlarını dəmir zəncirlərlə bağlayacaq və onu başıaşağı atəşə salacaqlar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930