İbn Abbas Müaviyyəni (lən) dəlillərlə belə məğlub etdi
Mьəllif: admin1
Tarix: 19-09-2020, 10:58
İbn Abbas Müaviyyəni (lən) dəlillərlə belə məğlub etdi
Müaviyyə (lən) həccə gedəndən sonra Mədinəyə qayıdır və onun kiçik küçələrində gəzməyə başlayır. Küçədən keçən zaman bir dəstə Qureyş əhlini görür ki, bir yerdə toplaşıb əyləşiblər. Onlar Müaviyyəni görən kimi hörmət əlaməti olaraq ayağa qalxdılar, ibni Abbasdan başqa.

Müaviyyə bundan narahat oldu və etiraz edərək dedi: “Ey İbni Abbas! Mənim əmim oğlu Osman məzlumcasına öldürülübdür”.

İbni Abbas dedi: “Öməri də qətl ediblər. (Bu məntiqlə) buna görə də gərək xilafəti onun övladlarına verəsən”.

Müaviyyə: “Öməri müşrik biri qətl edibdir”.

İbni Abbas: “Bəs Osmanı kim qətl edibdir?”.

Müaviyyə: “Onu müsəlmanlar qətl ediblər”.

İbni Abbas: “O kəs ki, sənin hüccətini ən çox aradan aparmışdır və sənin ziyanına tamam olmuşdur? Bəs əgər müsəlmanlar onu qətl ediblərsə, bəlkə haqsız yerə olmayıbdır?”.

Müaviyyə: “Biz əmrnamə yazmışıq və hamıya Əlini (ə) və Əhli-Beytini (ə) mədh etməyi qadağan etmişəm. Ona görə də ey İbni Abbas, dilini saxla”.

İbni Abbas: “Yəqin bizə də, Quranı qadağan etmisən”.

Müaviyyə: “Xeyr”.

İbni Abbas: “Yəqin onun təfsirini qadağan etmisən?”.

Müaviyyə: “Bəli”.

İbni Abbas: “Səncə Quranı oxumaq vacibdir, yoxsa ona əməl etmək?”.

Müaviyyə: “Ona əməl etmək”.

İbni Abbas: “Bəs əgər ayənin məqsədini başa düşməsək, ona necə əməl edə bilərik ki?".

Müaviyyə: “Ayələrin mənasını səndən başqasından və Əhli-Beytdən (ə) olmayanlardan soruşsunlar”.

İbni Abbas: “Təəccüb edirəm. Quran - Əhli-Beytə (ə) və mənim qohumlarıma nazil olmuşdur. Necə ola bilər ki, onun mənasını Ali-Əbi Süfyandan, yəhudilərdən və xristianlardan soruşsunlar?!”.

Müaviyyə: “Sən Ali-Əbi Süfyanı yəhudilər və xristianlarla bir sırada tutursan?”.

İbni Abbas: “Səni o zaman onlarla eyni sırada qərar verdim ki, ümmətə Qurana əməl etməyi, nəhy-əz-munkəri, halal və haramı qadağan etdin”.

Müaviyyə: “Yaxşı Quranı oxuyun, ancaq Allahın sizin və Əhli-Beytin (ə) haqqında nazil etdiklərindən danışmayın”.

İbni Abbas: Allah Quranda buyurur: “Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”. (“Tövbə” 32).

Müaviyyə: “Ey İbni Abbas, dilini saxla və canını qoru. Əgər danışmaqdan başqa çarən yoxdursa, onları gizli şəkildə de ki, heç kəs eşitməsin”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930