Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:18
Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər
İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”[1]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”[2]

Fatimeyi-Zəhra (s.ə) buyurur: “Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”[3]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”[4]

Peyğəmbəri-Əkrəm (s) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir: “İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”[5]

İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Allah sizin surət və əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”[6]

İmam Cəfər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: “Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”[7]

O Həzrət (ə) yenə buyurur: “Allah–Təala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”[8]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Xoş olsun o kəsin halına ki, ibadət və duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”[9]

Yenə buyurur: “Əməldə ixlas adət əlamətlərindəndir.”[10]

O ibadət Allah tərəfindən qəbul edilir və insanın Allah dərgahına yaxınlaşmasına, kamala yetməsinə səbəb olur ki, hər növ riyadan, özünü istəməkdən, özünü göstərməkdən pak olsun, yalnız və yalnız Allah üçün yerinə yetirilsin. Əməlin qəbul olunması və dəyərinin meyarı ixlasdır. İxlas nə qədər çox olarsa, əməl də bir o qədər kamil və dəyərli olacaqdır.



www.ahliman.info

[1] “Biharul-ənvar”, 70-ci cild, səh.242

[2] “Ğurərul-hikəm”, səh.157

[3] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[4] “Ğurərul-hikəm”, səh.538

[5] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[6] “Biharul-ənvar”, 70-ci cild, səh.248

[7] “Biharul-ənvar”, 70-ci cild, səh.243

[8] “Biharul-ənvar”, 70-ci cild, səh.209

[9] “Biharul-ənvar”, 70-ci cild, səh.229

[10] “Ğurərul-hikəm”, səh.43
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930