Haram baxış hədislər güzgüsündə
Mьəllif: admin1
Tarix: 5-04-2017, 22:10
Haram baxış hədislər güzgüsündə
İmam Sadiq (ə) buyurur: Gözlərin zinası naməhrəmə baxmaqdır. (Kafi,cild 5,səh 559)
-
Allahın Peyğəmbəri (s) buyurur: Gözlərini ərindən qeyrisi və ya ona məhrəm olmayan şəxslərlə dolduran ərli qadına qarşı Allahın qəzəbi şiddətlidir.
(Əl-Fəqih,cild 4,səh 18,hədis 4969)

Hz.Muhammed (s) buyurur: Adəm oğlunun bədən üzvlərinin hər birinin zina payı var,gözün zinası da baxmaqdır.(Biharul ənvar,cild 76,səh 344)
_
İmam Sadiq (ə) buyurur: Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır.Hər kəs onu ayrı məqsəd ilə deyil,əziz və cəlil olan Allaha görə tərk etsə,Allah ona şirinliyini özündə hiss edə biləcəyi iman verər.(Mən la yəhzuruhul fəqih,cild 4,səh 18)
-
İmam Əli (ə): Gözünün cilovunu buraxan şəxs həyatını çətinliyə salar.Baxışlarının arası kəsilməyənin həsrəti uzun çəkər. (əl-Kafi, cild 5, səh.559, hədis 12 )
-
İmam Əli (ə) buyurur:Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir.
(Ğürərul-hikəm,hədis 321)
-
İslam Peyğəmbəri (s): Hər bir müsəlmanın gözü ixtiyarsız olaraq qadının gözəlliyinə düşsə və gözünü bağlasa (ondan gözünü çəksə), Allah ona ibadətin şirinliyni hiss etmək nailiyyətini verər.
-
Rəsulallah (s) Uca Allahdan belə buyurur: Haram baxış İblisin zəhərli oxlarından biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır. (Mizanül-hikmət,cild 10,səh 78)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031