ELM VƏ ONU ÖYRƏNMƏYİN FƏZİLƏTİ
Mьəllif: admin1
Tarix: 6-05-2023, 11:41
ELM VƏ ONU ÖYRƏNMƏYİN FƏZİLƏTİ
1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.” ("Biharul-ənvar”, 2-ci cild, səh. 25.)

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.” ("Biharul-ənvar”, 2-ci cild, səh. 36.)

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs elmi (məlumatı) olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində etmək istədiyi xidmətdən daha çox zərbə vurmuş olar.” ("Biharul-ənvar”, 2-ci cild, səh. 121.)

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dünya və axirət xeyri elm ilə yanaşıdır.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qübeys dağı qədər qızıla, mal-dövlətə malik olub onları Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.” ("Biharul-ənvar”,1-ci cild, səh. 184.)


Ahlibeyt.ge

"40 Mövzu 40 həqiqət" kitabdan


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930