Günah edən zaman şad olmaq
Mьəllif: admin1
Tarix: 11-11-2021, 23:09
Günah edən zaman şad olmaq

Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur
Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır.

Bu haqda da Məsum Peyğəmbərimiz (s) və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq.

Həzrət Əli (ələyhissəlam) buyurur: «Pis iş etdikdə şadlanan kəs ən pis insandır». (Qürərül-hikəm, 1-ci cild, 446-cı səh.)

Yenə o həzrət buyurur: «Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar. (Fehresti-qürər, səh. 130. )

Ayrı bir hədisdə İmam Səccad (əleyhissəlam) belə buyurur: «Günah edən zaman şadlanmağın (mənfi) təsiri günahın özündən çoxdur. (Biharül-ənvar, 78-ci cild, 159-cu səh.)

Başqa bir hədisdə o həzrət buyurur:
«Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir». (Biharül-ənvar, 78-cild, 23-cü səh.)

Sonra o həzrət buyurur: «Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.»

Axırıncı hədis Həzrət Peyğəmbərdəndir (s). O həzrət buyurur: «Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930