Ayətullah Sübhani: "Xalis ibadət əməllərin ən çətinidir"
Mьəllif: admin1
Tarix: 1-07-2014, 15:37
Bцlmə: Xəbərlər
Ayətullah Sübhani: "Xalis ibadət əməllərin ən çətinidir"

"Bəzən insanın əməli ixlas və Allaha yaxınlaşmaq məqsədi ilə başlayar. Lakin müəyyən müddət sonra nəfs və eqoizm əmələ qarışar"
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, İslam aləminin tanınmış təqlid mərcələrindən Ayətullah Cəfər Sübhani ixlaslı ibadət barədə danışıb:

"Zumər surəsin əsl hədəfi bütpərəstliklə mübarizə etməkdir. 3-cü ayədə belə buyurmuşdur: Bilin ki, xalis din ancaq Allaha məxsusdur. 11-ci ayədə isə belə buyurur: De: “Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!. 14-cü ayədə də belə buyurur: De ki: Dinimi Allaha məxsus edərək Ona ibadət edirəm. 29-cu ayədə belə buyurur: Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur.

Bunlar tövhid mövzusuna dəlalət edən ayələrdən bəziləridir.

İxlasın mərhələləri və dərəcələri vardır. Bu dərəcələrin ən üstününə çatmaq hər kəsin işi deyil. İmam Rza (ə) Həzrət Əlidən (ə) bu hədisi nəql edir: İbadəti və duanı Allah üçün xalis edənin, gözlərinin gördüyü ilə ürəyini məşğul etməyənin, qulaqlarının eşitdiyi ilə Allahı zikr etməyi unutmayanın və başqalarına verilmiş olan şeylərə sinəsi qəmli olmayanın xoş halına!

Duasını və ibadətini yalnız Allaha məxsus edən kimsənin ürəyi Allahdan başqa bir şeylə məşğul olmaz. Belə bir kəs Allahı unutmaz və qəflətə düşməz. Başqalarının nail olduğu nemətləri gördükdə kədərlənməz və tam əksinə başqalarının xoşbəxtliyi onu xoşbəxt edər.

Bəzən insanın əməli ixlas və Allaha yaxınlaşmaq məqsədi ilə başlayar. Lakin müəyyən müddət sonra nəfs və eqoizm əmələ qarışar, insana vəsvəsə edər və xalis əməli şirkin qarışdığı əmələ çevrilə bilər. Xalis əməl yalnız Allahın razılığı üçün olduqda və başqa heç bir mülahizənin diqqətə alınmaması ilə mümkündür.

İmam Xomeyni belə buyurmuşdu: Mən "Kəşful sirr" kitabını bitirdikdən sonra adımın yazılmasını istəmədim və bu kitabla tanınmaq istəmirdim. Lakin istəmədiyim halda hər kəs bu kitabı mənim yazdığımı anladı və bu Allah üçün edilən əməlin təbii nəticəsidir."
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930