Qəlbdə imanın olmaması özü bir ilahi cəzadır
Mьəllif: admin1
Tarix: 3-08-2018, 22:21
Qəlbdə imanın olmaması özü bir ilahi cəzadır
İnanc və ya iman insanın ayrılmaz bir hissəsidir. Çünki bu hiss onun daxili aləminin tələbidir.

Bütün insan nəyəsə inanır! Yalnlz bu hissi düzgün istiqamənləndirə bilən və nəfsinə nəzarət edə bilən kəs öz yaradılış hədəfinə yetişəcəkdir. Düzgün istiqamətləndirməyib, öz istəklərini önə keçirən kəs isə öz arzularının çəkdiyi istiqamətə yönələcəkdir. Bu da o deməkdir ki, insan rəbbinin təyin etdiyi yolda deyil, arzularının seçdiyi yoldadır.

Quran bunu ziyan adlandırır. “Əsr” surəsi bütünlüklə bu mövzudan bəhs edir. Quran öncə insanın ziyan içində olduğunu qeyd edir, sonra isə istisna edərək iman gətirən və bu iman işığında əməl edənləri ayırır. Yəni surənin təbirinə əsasən ziyandan xilas yolu iman və imanın tələbindən doğan əməldir.

İnsan xeyirli və saleh əməl etdikcə Allah mükafat olaraq onun qəlbinə iman bəxş edər və ya imanını artırar. Yaxud insan, qəlbində və düşüncəsində islahat apardıqca Mütəal Allah ona xeyirli işlər görməyi nəsib edər.

Bununla da insan Allahın rəhmətindən iki nəsib, iki pay əldə edir: saleh əməlin savab mükafatını və bu əməlin onda təsir qoyduğu iman şirinliyini.

Quran buyurur: Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! O (Allah) sizə Öz rəhmətindən iki pay bəxş edər, sizin getməyiniz üçün nur verər və sizi bağışlayar. (Hədid-28)

Mütəal Allah iman gətirənləri bir daha imana dəvət edir ki, Allah sizə nur bəxş etsin. Yəni iman şirinliyini sizə dadızdırsın. Bu şirinlik özü bir nur, iman üstə bir imandır.

Bunun əksi olan zəlalət də bucürdür. İnsan qeyri saleh əməllə Allahdan uzaqlaşdıqca uzaqlaşır. Bu pis işlər şəxsin özü də hiss etmədən onun qəlbində olan nuru və iman şirinliyini hissə-hissə aradan aparır.

Nəticədə, ayəyə əsasən (Öz rəhmətindən iki pay bəxş edər) iman bir ilahi rəhmət olduğu kimi, qəlbdən iman şirinliyinin aradan getməsi də bir cəzadır.

Hədisdə nəql olunur ki, Həzrəti Musa (ə) Turdağına gedərkən qarşısına imansız bir kişi çıxır və Həzrət Musaya (ə) kinayə ilə deyir: Ey Musa! Səndən bir istəyim var. Öz Rəbbinlə görüşəndə de ki, mən heç Onu yad etmirəm. Lakin dünya həyatım çox yaxşıdır. Heç bir çətinliyim yoxdur.

Həzrət Musanın (ə) razu niyazından sonra Allahdan nida gəlir: Ey Musa, bəndəmin sifarişini söylə!

Həzrət Musa (ə) utanaraq kişinin sözlərini deyir. Allahdan nida gəlir:

Bəndəmə de: Sən elə bir əzaba giriftar olmusan ki, ondan xəbərin belə yoxdur! Öz zikrimin və ibadətimin şirinliyini səndən almışam! Sən Məndən qəflətdəsən!

Ayə və hədislərə nəzər saldıqda görürük ki, insanı rüşdə (mənəvi yüksəlişə) aparan iman nuru ilahi bir rəhmət, bu nurun olmaması isə zəlalətdir. Bunu görmək, bəhrələnmək, öz nəsibini almaq isə yalnız insanın səyini təşkil edən düşüncə, əməl və niyyətinə bağlıdır:

“İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şeyi yoxdur” (Nəcm-39)

Səy və təlaş insandan, rəhmət isə Allahdandır!


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930