ALLAHA YAXINLIĞIN ƏSASI İMAN VƏ SALEH ƏMƏLDİR
Mьəllif: admin1
Tarix: 8-06-2019, 11:10
ALLAHA YAXINLIĞIN ƏSASI İMAN VƏ SALEH ƏMƏLDİR

İnsan iman və saleh əməl üçün ciddi cəhd göstərməlidir.

Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani-kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur.

“Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”.

“Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mömin halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”.

Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!” (“Rəd” surəsi ayə: 29.)

“Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”.

“Ənbiya” surəsinin 94–cü ayəsində isə belə buyurulur: “Hər kəs mömin olaraq saleh əməllər etsə onun əməli zay olmayacaq”.

Bu ayələrdən məlum olur ki, insan iman və saleh əməl üçün ciddi cəhd göstərməlidir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930