Əsr surəsi və ziyan içində olan insan
Mьəllif: admin1
Tarix: 7-02-2018, 10:17
Əsr surəsi və ziyan içində olan insan
Quranı Kərim bəzən insanı tərifləyir, onu izzətli və şərafətli adlandırır. Bəzən isə insanı ziyan içində olan, ləyaqətini itirmiş, hətta heyvandan belə aşağı səviyyədə bir varlıq kimi təqdim edir:

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ

Biz, Adəm övladını şərəfli və hörmətli elədik. (İsra-70)

Yaxud:

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

Yoxsa elə hesab edirsən onların əksəriyyəti eşidir və fikirləşir? Xeyir onlar heyvan kimidir. Bəlkə daha çox zəlalətdədirlər! (Furqan-44)

Bəs elə isə həm əzizlənib, həm də zəlil hesab olunan insanın dəyər meyarı nədir? İnsana izzət və zillət bəxş edən nədir?

Qurani Kərim Əsr surəsində insana məxsus bu iki izzət və zilləti bir yerdə cəm edib belə bəyan edir:

And olsun əsrə!

İnsan ziyan içindədir!

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Əsr surəsi)

Qeyd etiyimiz ayədə ümümi insanları ziyanda vəsf edir. Lakin sonra bir qeyd, istisna vurğulayır. Sonra bütün insanların içindən bu qeyd olunmuş 4 insanı ayırır: İman, saleh əməl, haqqa (Allah yoluna) tövsiyə edənləri və səbr edənləri.

Allah Təala bu xüsusiyyət insanları ziyan çəkənlərdən ayırıb. Daha doğrusu bu sifətlər cəm olmuş insan ziyan içində olanlardan ayrılıb. İnsanın ziyan içində olanlardan ayrılması üçün özündə bu sifətləri cəm etməsi lazımdır. Əməlsiz iman, imansız əməl faydalı deyildir. Bütün bu sifətlər insanda cəmləşərək “təqva” sifətini (dərəcəsini) formalaşdırır. Bu zaman insan Quranın məzəmmət etdiyi rəzalət və zəlillik dərəcəsindən izzət və şərəf mərtəbəsinə yüksəlir.

Demək insanın dəyəri onun maddi və cismi durumu ilə yox, mənəvi yüksəlişi ilədir. İnsanın həqiqi qiymətinin, həqiqi dəyərinin meyarı onun mənəviyyatıdır. Mənəviyyatın ülgü və meyarı da Allaha itaətlə formalaşan “təqva”dır. Təqva sifəti Allahdan həya, sevgi və qorxu əsasında formalaşan bir iman dərəcəsidir. Quran buyurur:

Sizin Allah yanında ən hörmətliniz (dəyərliniz) təqvalı olanınızdır” (Hucurat-13)

Demək dünya və axirətdə ziyandan xilas olub, izzət və kəramətə yetişməyin yeganə yolu iman əsasında formalaşan “təqva” dərəcəsinə yetişməkdir.
(İslaminSesi)



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031