“Ey iman gətirənlər özünüzü oddan qoruyun!” ayəsinə baxış – Təhrim (6)
Mьəllif: admin1
Tarix: 19-02-2022, 21:28
“Ey iman gətirənlər özünüzü oddan qoruyun!” ayəsinə baxış – Təhrim (6)
Qurani-kərim insanları hidayətə və doğru yola yönəltmək üçün Allahın Təalanın bəşərə bir rəhmətidir. Bu ilahi kitab hər zaman yeni mətləbləri, yeni sirləri bəyan etməsi ilə öz ecazkarlığını qoruyub saxlayır.

Bu kimi mətləblərdən biri də Quranın təqvalıları və iman gətirənləri hidayət edən olması məsələsidir. Diqqət etsək bu mətləb hələ kitabın əvvəlində önə çəkilən bir məsələdir:

“Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.” (Bəqərə-2)

Kitabın ilk ayələrindən olan bu mübarək ayə Quranın nazil olma hədəfini və muxatəbini (kimlər üçün nazil olasını) bəyan edir. Ayəyə əsasən Quran təqva əhlini və iman gətirənləri doğru yola hidayət edən bir kitabdır. Halbuki “təqva” imanın ən üstün dərəcəsidir?

“Təfsir-mizanın” müəllifi Əllamə Təbatəbai bu mətləbə işarə edərək buyurur ki, ayəyə əsasən insanlar üçün iki hidayət vardır. Biri Allaha iman gətirmək, Onun əmr və göstərişlərinə (şəriətə) tabe olmaqdır. İkincisi isə bu ilahı göstərişlərin işığında hidayət və mənəvi dərəcələr əldə etməkdir.

Bu kimi mətləblə işarə edən digər bir ayə nümunəsi isə “Təhrim” surəsinin 6-cı ayəsidir: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki...”

Ayədə diqqət çəkən məqam iman gətirənlərə xitab olunmasıdır. Allah Təala tərəfindən iman gətiərənlərə ciddi xəbərdarlıq edilir və odla qorxudulur. Halbuki bu ayənin də muxatəbi (xitab olunanı) iman əhlidir. Bu da o deməkdir ki, insanın nicat tapması üçün imanı ilə bərabər digər bir şeyi də olmalıdır?

Ayənin təfsirində qeyd olunur ki, insanın iman gətirməsi kifayət etmir və bu onu məsuliyyətdən azad etmir. İnsan iman gətirdikdən sonra özünü islah etməli, həm də mənəvi yüksəliş, ruhu paklığ əldə etməlidir. Həmçinin bütün bunlarla bərabər ətrafına nümunə olmalı, xüsusən də ailəsinə qarşı böyük məsuliyyət hiss etməlidir. Özünün, ailəsinin, övladlarının, yaxınlarının nicat tapması üçün güclü səy etməlidir.

İnsanın qurtuluş yolunu bəyan edən surələrdən biri də “Əsr” surəsidir. Qurani Kərim “Əsr” surəsində insanın mənəvi yüksəlişi, oddan nicat tapıb qurtarması üçün imanı ilə bərabər lazım olan digər xüsusiyyətləri bəyan edir, insanın nicatını və ziyandan qurtuluşunu imanla əməlin vəhdətində görür:

“İnsan ziyan içindədir.

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”

Qeyd olunan ayə və təfsirlərin bizə çatdırmaq istədiyi əsl mətləb insanın tək iman gətirməsi, və yaxud ibadətlə məşğul olması onun vəzifəsinin bitməsi və ya qurtuluşa yetişməsi demək deyildir. İnasın nicatı və qurtuluşu iman və əməlin vəhdətində və bu vətdətdən yaranan mənəvi yüksəlişdədir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930