İnsanın üzləşəcəyi əzab və müsibətlərin səbəbini Quran necə izah edir?
Mьəllif: admin1
Tarix: 14-05-2018, 14:34
İnsanın üzləşəcəyi əzab və müsibətlərin səbəbini Quran necə izah edir?
Qurani-Kərim insanın ziyan içində olduğunu bəyan edir. Təbii ki, bunun istisnası vardır. Çünki Allah Təalanın həm ədalətindən, həm də rəhmətindəndir ki, insanların əməlləri qarşılığında onlara cəza və mükafat versin. Quran özü bu istisnanı qeyd edir:

And olsun axşam çağına! İnsan ziyan içindədir! Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Əsr surəsi)

İslam dini insana əsas iki mühüm məsələni aşılayır. Bunlar düzgün etiqad və saleh əməldir. Bu ikisindən qeyrisi insanlığın ziddinədir. Yəni insanın yaradılış hədəfi ilə ziddir. Düzgün etiqada sahib olmayan və bəd əməl, pis əxlaq sahibi olan insan bu dünyada öz vəzifəsini layiqincə icra etməmişdir edməkdir. Yaxud düzgün etiqadla saleh əməlin vəhdəti olmazsa insan mənəvi bağımdan naqisdair. İnsanın nicatı və ya xilası bu iki dəyəri vəhdətindədir.

“Əsr” surəsinin verdiyi ən mühüm mesajlardan biri də insanın ixtiyar sahibi olması və öz taleyini həll edə bilməsi mətləbidir. Çünki həm dünya nemətləri, həm də əbədi həyat olan axirət məkanı insanın dünya fəaliyyəti sayəsində qazanılır. Dünyasını hədərə verən və ali insanı hədəfləri kiçik sayan insan təbii ki, ziyan içində olacaqdır. İstər dünyada olsun, istər axirətdə başına gələn bəla və müsibətlər insanın öz “qazancıdır”. Quran bu mətləbi belə bəyan edir:

“(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.” (Nisa-79)

Allah Təalanın ədalətindəndir ki, hər kəsə öz əməli müqabilində cəza və mükafat verilsin. Əgər bir əməlin cəza və mükafatı olmazsa, o əməl qarşılıqsız qalməş olar. Belə bir iş ilahi ədalətlə ziddir.

Quran ayələrinə əsasən insanın nicatı, ilahi əzabdan amanda qalıb, mükafata yetişməsi üçün iki əsas amil mühümdür. Bunlar düzgün etiqad (iman) və saleh əmədir. Belə olmayan təqdirdə insan niyə cəzalandırılsn ki!? Hətta Quran da insana belə bir sual verir:

“Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki?” (Nisa-147)

Qeyd olunan bu ayəyə əsasən insanın əzab və çətinliklərdən qurtuluş yolu iki xüsusi dəyərdədir. Bunlar iman və şükürdür. İman və şükür ayrı-ayrılıqda ifadə olunsalarda əslində ikisi bir dəyərdir. Çünki hər ikisinin kökündə ilahi etiqad durur. İnsan iman gətirməklə rəbbini tanıyır, nemətləri iqrar etməklə Onun qüdrətini təsdiq etmiş olur. Ayədən də göründüyü kimi “Əgər iman gətirib, şükr etsəniz...” deyə buyurulur. İman və şükür həm etiqad, həm də saleh əməldir.

Qurana əsasən insanın dünyada üzləşdiyi bəlalar və axirətdə qarşılaşacağ çətinlik və əzablar öz “zəhmətinin bəhrəsidir” – “...Allah sizə nə üçün əzab versin ki?” (Nisa-147)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031