Ərbəin mərasiminin təhlükəsizliyinin təminində Həşduş-şəbi qüvvələrindən 40 min nəfər iştirak edir
Mьəllif: admin1
Tarix: 15-10-2019, 21:04
Bцlmə: Xəbərlər
Ərbəin mərasiminin təhlükəsizliyinin təminində Həşduş-şəbi qüvvələrindən 40 min nəfər iştirak edir
Ərbəin mərasiminin təhlükəsizliyinin təminində Həşduş-şəbi qüvvələrindən 40 min nəfər iştirak edir.

Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, İraqın Həşduş-şəbi qüvvələrində “Orta Fərat” əməliyyatının qərargah komandanı briqada generalı Əli Əlhəmdani bu barədə bildirib:

"Əlhəşduşşəbi qüvvələrinin bir hissəsi İraqın digər silahlı qüvvələrinin kənarında hazırda Babil vilayətinin müxtəlif bölgələrindən tutmuş Nəcəf gölünədək olan ərazilərdə, Kərbəla strateji xəttində və Kərbəla vilayətinin bütün bölgələrində yerləşib".

Belə bir halda, İran İslam Respublikasının sərhəd qoşunlarının komandanı briqada generalı Qasem Rezayi dünən dörd qanuni sərhəd olan Şələmçə, Mehran, Çəzzabeh və Xosrəvi sərhədlərindən bir gün ərzində 550 min iranlı zəvvarın İraqa keçməsindən xəbər verib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31