ABŞ koalisiyası Əl-Həşduş Şəbinin bazasını bombaladı
Mьəllif: admin1
Tarix: 25-09-2018, 09:47
Bцlmə: Xəbərlər
ABŞ koalisiyası Əl-Həşduş Şəbinin bazasını bombaladı
İraqın Ənbar vilayətinin qərb cəbhəsindəki Əl-Həşduş Şəbi hərəkatının komandiri Qasım Muslih ABŞ koalisiyası və müttəfiqlərinin Əl-Qaim rayonunda Əl-Həşduş Şəbinin bazalarından birini bombaladığını qeyd edib.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Qasım Muslih ABŞ koalisiyasının tərkibindəki Danimarka qüvvələrinin Əl-Həşduş Şəbinin Əl-Qaimdəki bazalarından birini 8 ədəd top mərmisi ilə hədəfə aldığını, bu mərmilərin Əl-Həşduş Şəbi Əməliyyat Komandanlığının bazalarından birinin yaxınlığına düşdüyünü bildirib.

Muslih bundan başqa, dünən (23 sentyabr) axşam saat 20:00 radələrində Əl-Həşduş Şəbinin Əl-Qaim rayonunun Sadə bölgəsindəki bazasına Danimarka qüvvələrinin artilleriyadan zərbələr endirdiyini bildirib.

Əl-Həşduş Şəbinin komandiri bu hücumu Əl-Həşduş Şəbi qüvvələrinə qarşı xarici qüvvələrin qəsdən təşkil etdiyi bir hücum kimi qəbul etdiklərini deyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930