Şələmçə keçid məntəqəsi bağlanıb
Mьəllif: admin1
Tarix: 10-10-2019, 20:55
Bцlmə: Xəbərlər
Şələmçə keçid məntəqəsi bağlanıb
Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

Maide.Az "Fars" agentliyinə istinadla xəbər verir ki, bunu Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri Qulamrza Şəriəti deyib.

Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlandı və yaxın zamanlarda sərhədin nə qədər bağlı qalacağı ilə bağlı açıqlama veriləcək.

O deyib ki, sərhəddin bağlanmasına səbəb İraq tərəfdə nəqliyyat vasitələrinin çatışamamazlığı, yanacaq çatışmamazlığı və zəvvarların izdihamıdır. “Hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır.

Zəvvarların daşınması üçün İraq ərazidində sərhəd-keçid məntəqəsində nəqliyayt vasitələri yerləşdirilsə də Ərbəin zəvvarlarının sayının həddən artıq çox olması daşınma xidmətlərində əngəllər yaradır. İnfrastrukdur bu qədər izdiham üçün nəzərdə tutulmayıb.”

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930