'Ərbəin' zəvvarları üçün mühüm xəbər: 'Bu yerlərdə pulsuz internet olacaq'
Mьəllif: admin1
Tarix: 9-10-2019, 21:17
Bцlmə: Xəbərlər
'Ərbəin' zəvvarları üçün mühüm xəbər: 'Bu yerlərdə pulsuz internet olacaq'
Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak edəcək zəvvarlar üçün pulsuz internetdən istifadə yerləri açıqlanıb.

Maide.az xəbər verir ki, bu barədə İraqın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Nəcəf şəhərində "Nur-əl Əşrin" və Kərbəla yolunun girişində olan

"Həzrət Zəhra" mokibində, o cümlədən Əl-Həkim məscid və məqbərə kompleksi ərazisində pulsuz internet olacaq.

Kərbəla istiqamətində olan yolda isə 202, 286, 309, 460, 548, 707, 828, 953, 1120 və 1222-ci sütunların yanındakı mokiblərdə pulsuz internet məkanları yaradılıb.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031