Ərbəin zəvvarları üçün internet təmin olunacaq: Nəcəf - Kərbəla yolunda
Mьəllif: admin1
Tarix: 5-10-2018, 20:37
Bцlmə: Xəbərlər
Ərbəin zəvvarları üçün internet təmin olunacaq: Nəcəf - Kərbəla yolunda
Nəcəfdən Kərbəlaya gedən yolda Ərbəin zəvvarları üçün internet təmin olunacaq.

Maide.Az İRNA-a istinadla xəbər verir ki, bunu İraqın Rabitə Nazirliyi bəyanat yayaraq elan edib.

Nazirliyin bəyanatında bildirilir ki, İraq Milli Rabitə şirkəti Babil və Kərbəla şəhərlərinin rabitə xidmət işçiləri ilə birgə ekspertlər qrupu yaradıb və Nəcəfdən Kərbəlaya gedən yolda internetin təmin olunması üçün lazimi işlərin görülməsinə start verib.

Qeyd olunub ki, Ərbəin zəvvarları üçün Nəcəf-Kərbəla yolunda beynəlxalq zənglər üçün də xüsusi mərkəzlər fəaliyyət göstərəcək.

Rəsmi məlumatlara görə, ötən il Ərbəin ziyarətində 13.5 milyon nəfərdən çox zəvvar (qeyri rəsmi 20 milyon) iştirak edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930