Xristian müğənni İslama gəlişindən danışdı: Allaha qayıtdım...
Mьəllif: admin1
Tarix: 12-09-2019, 22:36
Bцlmə: Xəbərlər
Xristian müğənni İslama gəlişindən danışdı: Allaha qayıtdım...
İslamazeri.com-un “Metro”-ya istinadən verdiyi xəbərə əsasən, məşhur İrland müğənni Şineyd O`Konnor TV verilişlərin birinə qatılaraq İslam dinini qəbul etməsinin təfərrüatları barədə danışıb.

Yeni adı “Şühəda” olan 52 yaşlı Şineyd özünün İslama gəlişini nəyə görə “dəyişmə” yox, “geri dönüş” adlandırması barədə danışıb.

“Quranı öyrəndikdən sonra, anlayırsan ki, sən bir ömür müsəlman olmusan və sadəcə bunu dərk etmirdin. Məhz buna görə də (mən İslamı qəbul etməyimi) “qayıdış” adlandırıram. Mənimlə də məhz bu baş verdi. 52 yaşım var, mən indikindən tamamilə fərqlənən İrlandiyada böyümüşəm.

Bu, dini nöqteyi-nəzərdən, olduqca əzilmiş ölkə idi. Hamı özünü pis hiss edirdi, heç kəs Allahla ünsiyyətdən xoşbəxtlik əldə etmirdi”, - deyə o qeyd edib.

“Zahirdə müsəlman olmadan da, demək olar ki, müsəlman olmaq olar. Müsəlman dünyada Allahdan qeyrisinə ibadət ibadətin yolverilməz olduğuna inanan yeganə insandır”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31