Keşiş müsəlman oldu: “Qəlbim ora can atırdı...”
Mьəllif: admin1
Tarix: 29-05-2019, 15:34
Bцlmə: Xəbərlər
Keşiş müsəlman oldu: “Qəlbim ora can atırdı...”
İslamazeri.com-un “IslamNews”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-lı keçmiş keşiş İslam dinini qəbul etmə səbəbləri barədə danışıb.

Belə ki, pastor (protestant keşiş) Semuel Erl Şropşir 2012-ci ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanına gəlib. Onun səfərinin məqsədi sıravi insanlar üçün hazırlanmış Qurani Kərim təfsirinin redaktəsi idi.

Onun sözlərinə görə, Səudiyyəyə səfərinədək o, KİV-lərdən İslam və müsəlmanlar barədə, əsasən, mənfi şeylər eşidib. Səfərindən sonra isə, ABŞ-lı keşişin müsəlmanlara dair fikirləri köklü şəkildə dəyişib.

Müsəlmanların sahib olduğu yüksək əxlaq və ədəb ona olduqca təsir edib, bundan başqa da, o, həzrəti İsanın (ə) müqəddəs Qurani Kərimdə ilahi peyğəmbərlədən biri kimi qeyd edildiyini böyük təəccüblə öyrənib.

“Mənim qəlbim məscidə can atırdı. Hiss edirdim ki, Allah mənə ora getməyi əmr edirdi”, - deyə o qeyd edib.

Tezliklə o, Ciddə şəhərindəki məscidi ziyarət etmək qərarına gəlir. Daha sonra isə, tədricən İslam dinini qəbul etmək qərarına gəlib. Həmin zamandan bəri də o, keşişdən müsəlman xatibə çevrilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930