Pol Poqba İslamı qəbul etməsi haqda: Çox şeyləri anladım...
Mьəllif: admin1
Tarix: 12-06-2019, 22:12
Bцlmə: Xəbərlər
Pol Poqba İslamı qəbul etməsi haqda: Çox şeyləri anladım...
İslamazeri.com-un “The Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, Qvineya əsilli Fransa futbolçusu, “Manchester United”-in yarım-müdafiəçisi və dünyanın ən bahalı oyunçularından biri olan Pol Poqba İslam dinini qəbul etməsi haqda danışıb.

Onun sözlərinə görə, İslam dini onu daha rahat, aram biri edib və ona bir çox şeyləri anlamağa imkan verib.

Xatırladaq ki, o, müqəddəs Ramazan ayında Məkkə şəhərinə Ümrə səfəri etmişdi.

“Bu, yaxşı bir dəyişiklik oldu, çünki, anamın müsəlman olmasına baxmayaraq, mən qeyri-müsəlman olaraq dünyaya göz açmışdım”, - deyə o qeyd edib.

O bildirib ki, İslam - son illər göstərilməyə çalışıldığı kimi bir din deyil.

“Əslində İslam gözəldir. Hər kəs onunla əlaqəni hiss edə bilər. İslam insanlıq və digər şeylərə ehtiram deməkdir”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930